
"Silk Way West Airlines" Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edir
"Silk Way West Airlines" Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edir. Bu əlamətdar tarix Yaponiya bazarının aviaşirkətin beynəlxalq marşrut şəbəkəsində mühüm yer tutduğunu göstərir və şirkətin beynəlxalq yük aviadaşımalarının inkişafına uzunmüddətli yanaşmasını bir daha təsdiqləyir.
"Silk Way West Airlines" Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edir. Bu əlamətdar tarix Yaponiya bazarının aviaşirkətin beynəlxalq marşrut şəbəkəsində mühüm yer tutduğunu göstərir və şirkətin beynəlxalq yük aviadaşımalarının inkişafına uzunmüddətli yanaşmasını bir daha təsdiqləyir.
2016-cı ildə Bakı-Komatsu marşrutu üzrə ilk uçuşunu həyata keçirdikdən sonra aviaşirkət Yaponiyadakı marşrut şəbəkəsini genişləndirərək Kansay və Narita istiqamətlərini də bu şəbəkəyə daxil edib. Hazırda "Silk Way West Airlines" Yaponiyaya həftədə iki uçuş həyata keçirir və bu ölkə ilə aviaşirkətin geniş beynəlxalq şəbəkəsi arasında mühüm yük bağlantısı yaradır.
Son on il ərzində "Silk Way West Airlines" Yaponiya istiqamətləri üzrə təxminən 1 300 uçuş həyata keçirib və 145 000 tondan çox yük daşıyıb. Bu göstəricilər Yaponiya bazarının aviaşirkət üçün əhəmiyyətini və şirkətin regionda dayanıqlı iştirakını əks etdirir.
"Silk Way West Airlines"ın Yaponiyaya uçuşlarının 10 illiyi Yaponiya hava yükdaşımaları bazarının davamlı artım dövrünə təsadüf edir. Qiymətləndirmələrə görə, 2025-ci ildə bazarın həcmi əvvəlki illə müqayisədə təxminən 12% artıb. Asiyanın aparıcı hava yük qovşaqlarından biri olan Yaponiya inkişaf etmiş infrastrukturu, müntəzəm beynəlxalq əlaqələri və yüksək dəyərli, vaxt baxımından həssas yüklərin daşınmasına xüsusi diqqəti ilə regional və qitələrarası ticarət axınlarının təmin edilməsində mühüm rol oynayır.
Bakıdakı habının imkanlarından istifadə edən "Silk Way West Airlines" Yaponiya ilə Mərkəzi Asiya, Şərqi Avropa, Yaxın Şərq və digər regionların bazarları arasında yük axınlarının inkişafına töhfə verir.
Yaponiyaya uçuşların 10 illiyi münasibətilə Tokioda yerləşən "The Ritz-Carlton" hotelində tərəfdaşların, mülki aviasiya qurumlarının, səfirliklərin və dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə təntənəli tədbir keçirilib.
Tədbiri şərh edən "Silk Way Group"un prezidenti Zaur Axundov bildirib:
"Yaponiyaya uçuşların on illiyi "Silk Way West Airlines"ın bu bazarda illər ərzində formalaşdırdığı güclü tərəfdaşlığın mühüm göstəricisidir. Biz Yaponiyadakı müştərilərimizin və tərəfdaşlarımızın etimadını yüksək qiymətləndiririk və regionlarımız arasında etibarlı yük marşrutlarını inkişaf etdirməklə bu əməkdaşlığı daha da gücləndirmək niyyətindəyik".
Yaponiya "Silk Way West Airlines" üçün strateji əhəmiyyətli bazar olaraq qalır və Şərqlə Qərb arasında ticarət əlaqələrinin möhkəmləndirilməsində xüsusi yer tutur.
"Silk Way West Airlines" haqqında
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportundakı "Boeing 777F", "Boeing 747-8F" və "Boeing 747-400F" yük təyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. Davamlılıq və səmərəlilik prinsiplərinə sadiq qalan "Silk Way West Airlines" 2030-cu ilə qədər donanmasını müasir "Boeing 777F", "Boeing 777-8F" və "Airbus A350F" təyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət Avropa, MDB, Yaxın Şərq, eləcə də Asiya və Amerika qitələrində 40-dan çox istiqamətə yükdaşıma xidmətləri göstərərək, illik 500 000 tondan artıq yük dövriyyəsini idarə edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DigərAzərbaycan Universitetində gələcəyin ali təhsil modelinə həsr olunan beynəlxalq konfrans keçirilir
Azərbaycan Universitetində "The Future of Higher Education: Global Perspectives, Local Impact" (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir) adlı ikigünlük beynəlxalq konfrans keçirilir. Tədbirdə ali təhsilin gələcəyinə dair müasir trendlərin, innovativ yanaşmaların və lokal reallıqların qlobal dəyişikliklərlə qarşılıqlı təsiri müzakirə olunur.
Digər"McDonald's Azərbaycan" dünya çempionu olan gənc karateçini dəstəklədi
Beynəlxalq arenada yüksək nəticələr əldə edən gənc idmançıların hekayələri getdikcə daha çox qürur mənbəyinə çevrilir.
Digər"Referans Medical Group" və "Novo Nordisk Azərbaycan" piylənmə mərkəzlərinin yaradılması istiqamətində strateji müqavilə imzalayıb
Azərbaycanda artıq çəki və piylənmə problemi getdikcə aktual xarakter alır və bu istiqamətdə daha sistemli və effektiv yanaşmalara ehtiyac artır. Mütəxəssislər bildirirlər ki, piylənmə yalnız həyat tərzi ilə bağlı deyil, uzunmüddətli idarə olunma tələb edən bir vəziyyətdir. Bu isə sahədə yeni və daha müasir yanaşmaların tətbiqini zəruri edir.
Digər"mygov" vasitəsilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən "mygov" platformasının inkişafında yeni yanaşmaya start verilib. Bu çərçivədə vətəndaşlar artıq yalnız xidmət istifadəçisi deyil, xidmətlərin birgə dizaynında iştirak edən tərəf kimi çıxış edir.