
Azərbaycan-Ermənistan sülhünə beynəlxalq dəstək güclənir
Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) təşəbbüsünün icrası Cənubi Qafqaz bölgəsində təhlükəsiz, davamlı və əhatəli nəqliyyat infrastrukturunun inkişafına təkan verir.
Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) təşəbbüsünün icrası Cənubi Qafqaz bölgəsində təhlükəsiz, davamlı və əhatəli nəqliyyat infrastrukturunun inkişafına təkan verir.
Gundem.today Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) məlumatlarına istinadən xəbər verir ki, bu məqamlar mayın 5-də İrəvanda baş tutan zirvə görüşünün yekununda Avropa İttifaqı və Ermənistanın qəbul etdiyi müştərək bəyannamədə öz əksini tapıb.
Tərəflərin birgə baxışı Cənubi Qafqaz, Qara dəniz və Mərkəzi Asiya məkanlarında əməkdaşlığın, sülhün və dayanıqlılığın artırılmasına, o cümlədən cəmiyyətlərarası təmasların dərinləşdirilməsinə xidmət edir.
Sənəddə hər iki tərəfin ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərə hörmətlə yanaşdığı xüsusi vurğulanır.
Bəyannamədə qeyd olunur: "Qarşılıqlı əlaqələrimizin daha da inkişafı həm Cənubi Qafqaz daxilində, həm də ondan kənarda sülh, rifah və sabitliyə müsbət təsir göstərir. Bu kontekstdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin möhkəmləndirilməsi, habelə sülh sazişinin imzalanıb ratifikasiya olunması istiqamətində göstərilən səyləri təqdir edirik".
Eyni zamanda, 2025-ci ilin 8 avqustunda keçirilən Vaşinqton sammitinin yekunları və bundan sonrakı mərhələdə Azərbaycanla Ermənistan əlaqələrinin nizamlanması məqsədilə atılan müsbət addımlar da alqışlanır.
Buna əlavə olaraq, Avropa İttifaqı Türkiyə və Ermənistan münasibətlərinin bərpasını, həmçinin bölgə dövlətlərinin sərhəd toxunulmazlığı, suverenlik, ərazi bütövlüyü və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq regiondakı bütün kommunikasiyaların tam şəkildə açılmasını qətiyyətlə dəstəkləyir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİrəvanda özünü evində hiss edən Serdar Kılıçın acizlik qoxan mədhiyyəsi...
Cənubi Qafqaz regionundakı geosiyasi dəyişikliklər bu gün bütün dünyanın diqqət mərkəzindədir. Sözsüz ki, bu dəyişikliklərin kökündə uzun illər müharibə və qeyri-sabitlikdən əziyyət çəkən regionumuzda Azərbaycanın yaratdığı yeni reallıqlar və ölkəmizin öndərliyində formalaşdırılan sülh şəraiti dayanır. Bu gün Türkiyə və Azərbaycan əl-ələ verib regionun gələcəyinə yön verir və bu prosesdə hətta uzun illər torpaqlarımızı işğal altında saxlayan, bir çox müharibə cinayətlərinə imza atan və nəhayət 4
SiyasətMehriban Əliyeva 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanışlıqdan videogörüntü paylaşıb
Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanışlıqdan videgörüntülər paylaşıb.
Siyasətİlham Əliyev Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
SiyasətQırğızıstan Bakıda səfirlik binası tikmək istəyir: Hökumətə müraciət olundu
Qırğızıstan Bakıda səfirlik binasının inşası üçün torpaq sahəsinin ayrılması xahişi ilə Azərbaycan hökumətinə müraciət edib.