
Azərbaycan qanunvericiliyindən "lizinq" anlayışı çıxarılır - SƏBƏB
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "Maliyyə icarəsi haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "Maliyyə icarəsi haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılır.
Gundem.today xəbər verir ki, qanun layihəsi beş fəsil və 25 maddədən ibarətdir.
Qeyd olunub ki, yeni qanun layihəsinin hazırlanmasının zərurəti və onun mahiyyətinə keçməzdən öncə bir konseptual məsələyə diqqəti yönəltməyə ehtiyac var.
Bu məsələ milli qanunvericilikdə istifadə olunan "lizinq" termininin (anlayışının) "maliyyə icarəsi" termini (anlayışı) ilə əvəz edilməsi (adlandırılması) ilə bağlıdır.
Beynəlxalq termin olan "leasing" sözü dilimizə tələffüz olunduğu kimi keçib, yəni "lizinq" kimi ifadə olunub. Hazırda təqdim olunan qanun layihəsində isə onun "maliyyə icarəsi" kimi işlədilməsi (tərcümə olunması) məqsədəuyğun hesab edilib.
Yeni qanunun qəbulu ilə "maliyyə icarəsi" ilə bağlı vahid yanaşma təmin ediləcək, terminlərin eyniləşdirilməsi həyata keçiriləcək, "lizinq" adı ilə təqdim olunan fəaliyyətin hüquqi statusu və mahiyyətinin bu xidmətin istehlakçıları tərəfindən daha aydın qavranılmasına nail olunacaq. Qeyd etmək lazımdır ki, bu xidmətin alıcıları tərəfindən lizinq adı ilə təqdim olunan bu xidmətin icarəyə aid olmasından daha çox, sanki onun kredit münasibəti olması rəyi formalaşırdı. Bu sahədə hüquqi müəyyənliyin yaradılması baxımından Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarları da xüsusi əhəmiyyətə malik olub.
Bu Qanun dərc olunduğu gündən altı ay sonra qüvvəyə minəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatSOCAR-la Çinin BGP şirkəti arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib
Aprelin 22-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Çinin BGP şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru Ren Vencunla görüşüb.
İqtisadiyyatTerrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) "A-Solutions Elektron Pul Təşkilatı" MMC-ni cərimələyib.
İqtisadiyyatKomitə sədri: "Sahibkarların kredit təminatı ilə bağlı bir sıra problemlər var" - FOTO
"Maliyyə icarəsi şirkətləri gələcəkdə çox ciddi reqlamentləşdirilən, Mərkəzi Bank tərəfindən tənzimlənən, nəzarət olunan fəaliyyət sahəsi olacaq".
İqtisadiyyatLizinqdə borclunun öhdəlikləri hansı əmlaka yönəldilə bilər?
Maliyyə icarəsi zamanı borclunun əmlak münasibətlərinin xüsusiyyətləri müəyyənləşir.