
Azərbaycana qarğıdalı idxalı kəskin azaldı: Səbəb nədir?
Bu ilin yanvar ayında ölkəyə 1.4 milyon dollar dəyərində 7 580 ton qarğıdalının idxal edilməsi əvvəlki illərlə müqayisədə ciddi azalma deməkdir. Statistik rəqəmlər göstərir ki, idxal ötən ilin eyni dövrü ilə müqayisədə həm dəyər, həm də həcm baxımından kəskin şəkildə geriləyib. Belə ki, dəyər ifadəsində 66.5 faiz, miqdar ifadəsində isə 62.4 faiz azalma qeydə alınıb. Halbuki 2025-ci ilin yanvarında ölkəyə 4.2 milyon dollar dəyərində 20 168 ton qarğıdalı gətirilmişdi. Bəs, görəsən, idxal azalırsa,
Bu ilin yanvar ayında ölkəyə 1.4 milyon dollar dəyərində 7 580 ton qarğıdalının idxal edilməsi əvvəlki illərlə müqayisədə ciddi azalma deməkdir. Statistik rəqəmlər göstərir ki, idxal ötən ilin eyni dövrü ilə müqayisədə həm dəyər, həm də həcm baxımından kəskin şəkildə geriləyib. Belə ki, dəyər ifadəsində 66.5 faiz, miqdar ifadəsində isə 62.4 faiz azalma qeydə alınıb. Halbuki 2025-ci ilin yanvarında ölkəyə 4.2 milyon dollar dəyərində 20 168 ton qarğıdalı gətirilmişdi. Bəs, görəsən, idxal azalırsa, bu, yerli istehsalın artımı hesabınadır?
Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"33 997.4 hektar sahədə dən üçün qarğıdalı əkilib"
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, ölkəmizdə qarğıdalı, əsasən, heyvandarlıqda yem məqsədilə istehsal edilir: "2025-ci təsərrüfat ilində Azərbaycanda 33 997.4 hektar sahədə dən üçün qarğıdalı əkilib. Mövsüm ərzində əkin sahələrindən 337 805.6 ton qarğıdalı yığılıb, qarğıdalı üzrə orta məhsuldarlıq 68.3 sentner/ha təşkil edib. Qeyd edək ki, 2024-cü illə müqayisədə dən üçün qarğıdalının əkin sahəsi 4 795.2 hektar (+16,4%), istehsalı 39.3 min ton (+13,2%), məhsuldarlığı isə 2.8 sentner/ha (+4,3%) çox olub".
Qurumdan bildirilib ki, Azərbaycanda qarğıdalı əkinləri subsidiyalaşdırılır: "Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025/2026-cı təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə becərilən qarğıdalının hər hektarına görə fermerlərə 160 manat, ənənəvi üsulla suvarılan qarğıdalı əkinlərinin hər hektarına görə isə 100 manat subsidiya ödənilir. Azad olunmuş ərazilərdə qarğıdalı əkinlərinə görə subsidiyanın miqdarı isə daha yüksəkdir. Bu ərazilərdə müasir suvarma sistemi quraşdırıılmış qarğıdalı sahələrinin hər hektarına görə fermerlərə 270 manat subsidiya ödənilir. Ənənəvi suvarma ilə becərilən qarğıdalı əkinlərinin hər hektarı üçün isə 50 manat subsidiya nəzərdə tutulub. Bu əmsallar əkinlərdə müasir suvarma sistemlərinin qurulmasını təşviq məqsədilə müəyyən olunub. Qarğıdalı həm də təkrar əkinlərə görə subsidiya verilən bitkilər sırasındadır. Əgər fermer əsas məhsulu (praktikada taxılı) yığdıqdan sonra 1 iyul - 31 avqust tarixlərində suvarılan ərazilərdə qarğıdalı əkirsə, bu, təkrar əkin kateqoriyasına şamil edilir və fermerlərə əlavə olaraq 50 manat/hektar subsidiya ödənilir".
"8-10 ton məhsul əldə etmək mümkündür"
Fermer Rasim Zamanovun sözlərinə görə, qarğıdalı isti iqlim qurşaqları üçün ən uyğun taxıl bitkilərindən hesab olunur. Bu bitki quraqlığa və yüksək temperatur şəraitinə nisbətən davamlıdır: "Bununla belə, stabil və yüksək məhsuldarlıq əldə etmək üçün suvarma həlledici əhəmiyyət daşıyır. Qarğıdalının məhsuldarlığı buğda və arpa ilə müqayisədə xeyli yüksəkdir. Məsələn, fermerlər digər dənli bitkilərdən hektardan 30-40 sentner məhsul əldə etdikdə bunu qənaətbəxş hesab edirlər. Qarğıdalıda isə normal aqrotexniki qulluq göstərildiyi halda hektardan 8, hətta 10 ton və daha artıq məhsul götürmək mümkündür. Lakin hələ də Azərbaycanda heyvanların qarğıdalı əsaslı yemlə bəslənməsi tam ənənə halını almayıb. Halbuki dünya təcrübəsində heyvandarlıqda istifadə olunan yemlərin 50-60 faizi məhz qarğıdalının payına düşür. Xüsusilə kiçik fermer təsərrüfatlarında bu yanaşma geniş tətbiq olunmur".
R.Zamanov bildirib ki, hazırda bu məhsul, əsasən, Qax, Balakən və Zaqatala ərazilərində becərilir və daha çox dəmyə şəraitində əkilir: "Gəncə və Şəmkir bölgələrində də qarğıdalı əkininə rast gəlinir, lakin burada, əsasən, dənlik istehsala üstünlük verilir".
"Sahələr vaxtında suvarıla bilmir"
Fermer qeyd edib ki, əsas şikayətləri suvarma problemi ilə əlaqədardır: "Fermerlər tez-tez bildirirlər ki, su çatışmazlığı səbəbindən əkin aparmaq mümkün olmur və ya sahələr vaxtında suvarıla bilmir. Yağıntıların az olması bu problemi daha da dərinləşdirir. Buna görə də suvarma imkanlarının mövcud olduğu ərazilərdə qarğıdalı əkininə üstünlük verilməsi daha məqsədəuyğundur".
"Əsasən toxum idxal olunur"
İqtisadçı Cəfər İbrahimlinin sözlərinə görə, ölkəmizdə qarğıdalı, əsasən, iki istiqamətdə - dənlik məhsul kimi və yaşıl yem məqsədilə heyvandarlıq sektorunda istifadə olunmaq üçün əkilir: "Son illər bu bitkinin əkin sahələri xeyli genişlənib. Bunun əsas səbəblərindən biri qarğıdalının həm məhsuldarlıq, həm də funksionallıq baxımından digər dənli bitkilərlə müqayisədə üstün olmasıdır. Qarğıdalı digər dənli bitkilərlə müqayisədə daha çoxşaxəli istifadə imkanlarına malikdir. Bu amil onun əkininə marağı artırır. Dövlət tərəfindən bu məhsula kifayət qədər subsidiya ayrılması da, fermerlərin seçimində mühüm rol oynayır. Hətta bir çox hallarda fermerlər arpanın yerinə yazlıq əkin kimi qarğıdalıya üstünlük verirlər".
C.İbrahimli bildirib ki, hazırda daxili bazarda keyfiyyətli qarğıdalı toxumlarının çatışmazlığı müşahidə olunur: "Fermerlər toxumu, əsasən, idxal hesabına təmin edirlər. İdxal olunan toxumlar hesabına həm dənlik məhsulda, həm də yaşıl yem kimi daha yüksək məhsuldarlıq əldə edilir. Dənlik qarğıdalının bir hissəsi birbaşa heyvanların yemlənmə
Oxşar Xəbərlər
Cəmiyyətİctimai məsuliyyətsizlik və sosial medianın yaratdığı fəsadlar - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
CəmiyyətBakıda zamanın toxunmadığı məhəllə: İnqilabçının adını daşıyan ərazidən REPORTAJ
Bakının Nərimanov rayonunda elə bir ərazi var ki, rəsmi sənədlərdə adı çoxdan dəyişdirilsə də, sakinlərin yaddaşında və gündəlik dilində hələ də "Montin" kimi qalır. İllər keçsə də, bu məhəllənin ruhu və insanların ona olan bağlılığı dəyişməz olaraq qalır.
CəmiyyətBakıda zamanın toxunmadığı məhəllə: İnqilabçının adını daşıyan ərazidən REPORTAJ - VİDEO
Bakının Nərimanov rayonunda elə bir ərazi var ki, rəsmi sənədlərdə adı çoxdan dəyişdirilsə də, sakinlərin yaddaşında və gündəlik dilində hələ də "Montin" kimi qalır. İllər keçsə də, bu məhəllənin ruhu və insanların ona olan bağlılığı dəyişməz olaraq qalır.
CəmiyyətYayda meyvə-tərəvəz bahalaşa bilər - VİDEO
Dünyada gübrə qiymətlərində artım müşahidə olunur.