Son dəqiqə
ABŞ hərbçiləri İran gəmisini ələ keçirdilər - TƏFƏRRÜATİctimai məsuliyyətsizlik və sosial medianın yaratdığı fəsadlar - VİDEOAzərbaycana qarğıdalı idxalı kəskin azaldı: Səbəb nədir?Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? - VİDEOBakıda zamanın toxunmadığı məhəllə: İnqilabçının adını daşıyan ərazidən REPORTAJBakıda zamanın toxunmadığı məhəllə: İnqilabçının adını daşıyan ərazidən REPORTAJ - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bakıda zamanın toxunmadığı məhəllə: İnqilabçının adını daşıyan ərazidən REPORTAJ - VİDEO
Bakıda zamanın toxunmadığı məhəllə: İnqilabçının adını daşıyan ərazidən REPORTAJ - VİDEO
Cəmiyyət

Bakıda zamanın toxunmadığı məhəllə: İnqilabçının adını daşıyan ərazidən REPORTAJ - VİDEO

Bu gün
01:32
0 baxış
Paylaş:

Bakının Nərimanov rayonunda elə bir ərazi var ki, rəsmi sənədlərdə adı çoxdan dəyişdirilsə də, sakinlərin yaddaşında və gündəlik dilində hələ də "Montin" kimi qalır. İllər keçsə də, bu məhəllənin ruhu və insanların ona olan bağlılığı dəyişməz olaraq qalır.

Bakının Nərimanov rayonunda elə bir ərazi var ki, rəsmi sənədlərdə adı çoxdan dəyişdirilsə də, sakinlərin yaddaşında və gündəlik dilində hələ də "Montin" kimi qalır. İllər keçsə də, bu məhəllənin ruhu və insanların ona olan bağlılığı dəyişməz olaraq qalır.

Baku TV paytaxtın bu ərazisindən reportaj hazırlayıb.

"Montin" küçələrini gəzərkən köhnə tikililərin, dar dalanların hələ də toxunulmaz qaldığını görmək olar. Bəzi yerlərdə aparılan kosmetik təmir və kiçik abadlıq işləri məhəllənin ümumi görkəmini əsaslı şəkildə dəyişməyib. Sakinlər bildirirlər ki, şəhərin digər hissələrindəki sürətli yenilənmə hələ ki, bu məhəlləyə gəlib çatmayıb.

Məhəllənin dəyişən tək şeyi fiziki görünüşü deyil, həm də insanların həyat tərzidir. Uzun illərdir burada yaşayan ağsaqqallar keçmişin qonşuluq mədəniyyətinin artıq unudulduğunu təəssüflə xatırlayırlar:

"Əvvəllər gediş-gəliş çox idi, qonşu qonşunu tanıyırdı, qonaq gedib-gəlirdik. İndi isə insanlar iş yorğunluğu ilə evlərinə qayıdır, bir-birinə vaxt ayırmağa həvəsləri qalmır".

Məhəllənin adının mənşəyi ilə bağlı maraqlananda isə yerli sakinlərin əksəriyyətinin bu ada öyrəşdiyini, lakin adın kökənini tam bilmədiyini gördük. Məlumat üçün bildirək ki, Piotr Vasilyeviç Montin rusiyalı inqilabçı olub. Sovet dövründə Bakıdakı gəmi təmiri zavodlarının birində çalışdığı və inqilabi fəaliyyəti ilə tanındığı üçün əraziyə onun adı verilib.

Zaman keçsə də, "Montin" hələ də özünəməxsus ab-havası, ayaqqabı təmiri edən və kiçik ticarətlə məşğul olan yerli sakinləri ilə Bakının nostalji ünvanı olaraq qalmaqdadır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Nərimanov_rayonu#Bakı_şəhəri

Oxşar Xəbərlər

İctimai məsuliyyətsizlik və sosial medianın yaratdığı fəsadlar - VİDEOCəmiyyət

İctimai məsuliyyətsizlik və sosial medianın yaratdığı fəsadlar - VİDEO

Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.

Bu gün
02:000
Azərbaycana qarğıdalı idxalı kəskin azaldı: Səbəb nədir?Cəmiyyət

Azərbaycana qarğıdalı idxalı kəskin azaldı: Səbəb nədir?

Bu ilin yanvar ayında ölkəyə 1.4 milyon dollar dəyərində 7 580 ton qarğıdalının idxal edilməsi əvvəlki illərlə müqayisədə ciddi azalma deməkdir. Statistik rəqəmlər göstərir ki, idxal ötən ilin eyni dövrü ilə müqayisədə həm dəyər, həm də həcm baxımından kəskin şəkildə geriləyib. Belə ki, dəyər ifadəsində 66.5 faiz, miqdar ifadəsində isə 62.4 faiz azalma qeydə alınıb. Halbuki 2025-ci ilin yanvarında ölkəyə 4.2 milyon dollar dəyərində 20 168 ton qarğıdalı gətirilmişdi. Bəs, görəsən, idxal azalırsa,

Bu gün
01:480
Bakıda zamanın toxunmadığı məhəllə: İnqilabçının adını daşıyan ərazidən REPORTAJCəmiyyət

Bakıda zamanın toxunmadığı məhəllə: İnqilabçının adını daşıyan ərazidən REPORTAJ

Bakının Nərimanov rayonunda elə bir ərazi var ki, rəsmi sənədlərdə adı çoxdan dəyişdirilsə də, sakinlərin yaddaşında və gündəlik dilində hələ də "Montin" kimi qalır. İllər keçsə də, bu məhəllənin ruhu və insanların ona olan bağlılığı dəyişməz olaraq qalır.

Bu gün
01:320
Yayda meyvə-tərəvəz bahalaşa bilər - VİDEOCəmiyyət

Yayda meyvə-tərəvəz bahalaşa bilər - VİDEO

Dünyada gübrə qiymətlərində artım müşahidə olunur.

Bu gün
01:160