Son dəqiqə
ABŞ hərbçiləri İran gəmisini ələ keçirdilər - TƏFƏRRÜATİctimai məsuliyyətsizlik və sosial medianın yaratdığı fəsadlar - VİDEOAzərbaycana qarğıdalı idxalı kəskin azaldı: Səbəb nədir?Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? - VİDEOBakıda zamanın toxunmadığı məhəllə: İnqilabçının adını daşıyan ərazidən REPORTAJBakıda zamanın toxunmadığı məhəllə: İnqilabçının adını daşıyan ərazidən REPORTAJ - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? - VİDEO
Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? - VİDEO
İqtisadiyyat

Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? - VİDEO

Bu gün
01:40
0 baxış
Paylaş:

Dövlətin iqtisadi dayanıqlılığının təmin olunmasında vergi sisteminin rolu əvəzsizdir. Lakin vergi ödəyicilərinin bəzən müxtəlif səbəblərdən öhdəliklərini vaxtında yerinə yetirə bilməməsi vergi borclarının yaranmasına səbəb olur. Bəs bu halda vergi orqanı hansı tədbirləri görür və hansı mərhələdə məsuliyyət yaranır?

Dövlətin iqtisadi dayanıqlılığının təmin olunmasında vergi sisteminin rolu əvəzsizdir. Lakin vergi ödəyicilərinin bəzən müxtəlif səbəblərdən öhdəliklərini vaxtında yerinə yetirə bilməməsi vergi borclarının yaranmasına səbəb olur. Bəs bu halda vergi orqanı hansı tədbirləri görür və hansı mərhələdə məsuliyyət yaranır?

Gundem.today xəbər verir ki, mövzu ilə bağlı "Azad Azərbaycan" (ATV) telekanalının hazırladığı videomaterialda vergi ödəyicilərini maraqlandıran suallara aydınlıq gətirilib.

Vergi orqanları borclarla bağlı vergi ödəyicisini müxtəlif vasitələrlə vaxtında məlumatlandırır və xəbərdarlıq edir. Hüquqşünas Süleyman Nağıyevin sözlərinə görə, borc ödənilmədikdə ilk addım bank hesablarına sərəncam qoyulmasıdır.

Hüquqşünas sərəncamların iki əsas növünü izah edib:

İcra olunmalı sərəncam: Vergi ödəyicisinin bank hesabında olan vəsaitdən vergi borcunun və onun 105 faizi həcmində vəsaitin silinərək büdcəyə köçürülməsidir. Bu addım vergi ödəyicisinin razılığı olduqda və ya borcun 30 gün ərzində məhkəmədə mübahisələndirilmədiyi təqdirdə icra olunur.

Dondurulmalı sərəncam: Vergi ödəyicisi 30 gün ərzində borcu məhkəməyə şikayət edərsə və ya yazılı razılığı olmazsa, vəsait yalnız dondurulur (silinmir).

Sərəncamlar ödəyicinin bütün bank hesablarına göndərilir və borc ödənildikdən sonra aradan qaldırılır. Əgər bu tədbirlər borcun ödənilməsinə kifayət etməzsə, qanunvericilikdə nəzərdə tutulan digər məcburi tədbirlərə əl atılır.

Vergi ödəyicilərinin inzibati qərarlardan narazı qaldıqları təqdirdə, 30 gün müddətində məhkəməyə müraciət etmək hüquqları var. Lakin öhdəliklərdən yayınma halları daha ağır nəticələrə yol aça bilər. Süleyman Nağıyev vurğulayır ki, cinayət məsuliyyəti yarandıqda vergi ödəyicilərini müxtəlif məbləğlərdə cərimələr, ən ağır hallarda isə beş ildən yeddi ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Vergi_borcu#Vergidən_yayınma#Vergi_Məcəlləsi

Oxşar Xəbərlər

Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar? - FOTOİqtisadiyyat

Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar? - FOTO

Qızılın investisiya aləti kimi dəyərinin artması bu sahədə fırıldaqçılıq hallarını da bərabərində gətirir. Alıcılar bəzən aldıqları məhsulun keyfiyyətinə əmin olmaq istəyirlər.

Dünən
17:100
Qeyri-neft ixracındakı artım ilin sonuna qədər davam edəcək?İqtisadiyyat

Qeyri-neft ixracındakı artım ilin sonuna qədər davam edəcək?

2026-cı ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracı 862 milyon dollara çataraq 11.7% artım nümayiş etdirib. Bu dinamika iqtisadi şaxələndirmə strategiyasının uğuru kimi qiymətləndirilir.

Dünən
12:020
Azərbaycan nefti 11 dollardan çox ucuzlaşıbİqtisadiyyat

Azərbaycan nefti 11 dollardan çox ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb.

Dünən
09:080
Astaranın üç kəndinin sel və daşqınlardan mühafizəsi iki milyona başa gələcəkİqtisadiyyat

Astaranın üç kəndinin sel və daşqınlardan mühafizəsi iki milyona başa gələcək

Astara rayonunun üç kəndinin sel və daşqın sularından mühafizəsi ilə bağlı tədbirlər həyata keçiriləcək.

Dünən
00:480