
Azərbaycana qeyri-adi üsulla narkotik keçirmək istədilər - FOTO - VİDEO
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - həşiş aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - həşiş aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Gundem.today xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, "Astara" gömrük postunda qarpız yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzəriləri qarpız yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 304 bağlamadan ümumi çəkisi 31 kiloqram 500, 907 qram xüsusilə külli miqdarda narkotik vasitə - həşiş aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəSərxoş olub maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEO
Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
HadisəGoranboyda "Ford Fusion" mikroavtobusla TOQQUŞDU: YEDDİ YARALI VAR
Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
HadisəGoranboyda "Ford Fusion" mikroavtobusla TOQQUŞDU: Yaralılar var
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
HadisəXəzər dənizində zəlzələ olub - FOTO
Xəzər dənizində zəlzələ qeydə alınıb.