
Goranboyda "Ford Fusion" mikroavtobusla TOQQUŞDU: YEDDİ YARALI VAR
Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Gundem.today-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, mayın 5-də saat 06:10-da Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan yeddi nəfər (bir kişi, altı qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslərdən birinin müalicəsi Cərrahiyyə şöbəsində, dörd nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. İki nəfər ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gundem.today xəbər verir ki, hadisə bu gün saat 5-də Goranboy-Veyisli avtomobil yolunun Rəhimli kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 1986-cı il təvəllüdlü Xəyalə Cəfər qızı Cəfərovanın idarə etdiyi "Ford Fusion" markalı, 90-LY-442 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq əks hərəkət zolağına keçib. Nəticədə nəqliyyat vasitəsi qarşıdan gələn, 1990-cı il təvəllüdlü, Goranboy rayonunun Balakürd kənd sakini Arzu Bəhman oğlu Nəbiyevin idarə etdiyi "QAZ-32213" markalı, 10-HJ-680 dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşub.
Qəza nəticəsində "QAZel" markalı mikroavtobusda olan sərnişinlər - 1970-ci il təvəllüdlü, Balakürd kənd sakini Şəlalə Nəbi qızı Abdullayeva, 1982-ci il təvəllüdlü, Nərimanlı kənd sakini Suqra Nəsib qızı Quliyeva və 1971-ci il təvəllüdlü, Nərimanlı kənd sakini Zəkiyyə Cəmşid qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəSərxoş olub maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEO
Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
HadisəAzərbaycana qeyri-adi üsulla narkotik keçirmək istədilər - FOTO - VİDEO
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - həşiş aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
HadisəGoranboyda "Ford Fusion" mikroavtobusla TOQQUŞDU: Yaralılar var
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
HadisəXəzər dənizində zəlzələ olub - FOTO
Xəzər dənizində zəlzələ qeydə alınıb.