Son dəqiqə
Sumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlandıFransada zavodda partlayış baş verib, yaralılar var - VİDEOPentaqon: "ABŞ Silahlı Qüvvələri İranın su və ya hava məkanına daxil olmaq niyyətində deyil"İsrail ordusu "Nova" festivalına hücum edən "Nuhba" komandirini öldürdü - FOTO - VİDEO"Real Madrid"də skandal: Rüdiger komanda yoldaşına şillə vurduRumıniya parlamenti baş naziri istefaya göndərdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycanda ana ölümləri: Regionlar üzrə STATİSTİKA
Azərbaycanda ana ölümləri: Regionlar üzrə STATİSTİKA
Cəmiyyət

Azərbaycanda ana ölümləri: Regionlar üzrə STATİSTİKA

Bu gün
16:56
0 baxış
Paylaş:

2025-ci ildə Azərbaycanda ana ölümü üzrə 26 hal qeydə alınıb və bu göstərici hər 100 min diri doğulana 27,1 təşkil edib.

2025-ci ildə Azərbaycanda ana ölümü üzrə 26 hal qeydə alınıb və bu göstərici hər 100 min diri doğulana 27,1 təşkil edib.

Gundem.today Modern.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, 2025-ci il üzrə regionlar üzrə bölgü göstərir ki, qeydə alınan 26 halın 10-u şəhər, 16-sı isə kənd yerlərində baş verib. Belə ki, Bakı şəhərində ümumilikdə 4 hal qeydə alınıb və bunlardan 2-si Sabunçu rayonunda, hərəsi 1 olmaqla isə Suraxanı və Yasamal rayonlarında baş verib. Bakı şəhərinin digər rayonlarında isə belə hal qeydə alınmayıb.

Naxçıvan iqtisadi rayonunda ümumilikdə 4 ana ölümü qeydə alınıb. Bu halların 1-i Naxçıvan şəhərində, 1-i Babək rayonunda, 2-si isə Kəngərli rayonunda baş verib. Abşeron-Xızı iqtisadi rayonunda 1 belə hal qeydə alınıb və bu hal Sumqayıt şəhərində baş verib. Gəncə-Daşkəsən iqtisadi rayonunda da 1 ana ölümü qeydə alınıb və bu hal Gəncə şəhərinin payına düşür.

Qarabağ iqtisadi rayonunda ümumilikdə 4 ana ölümü qeydə alınıb. Bu halların 1-i Ağcabədi rayonunda, 3-ü isə Bərdə rayonunda baş verib. Qazax-Tovuz iqtisadi rayonunda 1 hal qeydə alınıb və bu hadisə Qazax rayonunda qeydə alınıb. Quba-Xaçmaz iqtisadi rayonunda isə Quba və Qusar rayonlarından hər birində 1 nəfər olmaqla ümumilikdə 2 hal qeydə alınıb.

Lənkəran-Astara iqtisadi rayonunda ümumilikdə 4 ana ölümü halı qeydə alınıb. Bu halların 2-si Cəlilabad rayonunda, 1-i Lənkəran rayonunda, 1-i isə Yardımlı rayonunda baş verib. Mərkəzi Aran iqtisadi rayonunda 1 hal qeydə alınıb və bu hadisə Kürdəmir rayonunda qeydə alınıb. Mil-Muğan iqtisadi rayonunda 2 ana ölümü qeydə alınıb və hər iki hal İmişli rayonunun payına düşür. Şəki-Zaqatala iqtisadi rayonunda 1 hal qeydə alınıb və bu hadisə Şəki rayonunda baş verib. Şirvan-Salyan iqtisadi rayonunda da 1 ana ölümü qeydə alınıb və bu hal Hacıqabul rayonunda qeydə alınıb.

Dağlıq Şirvan və Şərqi Zəngəzur iqtisadi rayonlarında isə 2025-ci il ərzində ana ölümü halı qeydə alınmayıb.

Xatırladaq ki, əvvəlki illərin göstəricilərinə nəzər saldıqda, 2020 və 2021-ci illərdə hər birində 20 nəfər olmaqla ana ölümü qeydə alınıb, 2022-ci ildə bu rəqəm 18 nəfər olub. 2023-cü ildə kəskin artım baş verərək 33 nəfərə yüksəlib, 2024-cü ildə isə 29 ana ölümü qeydə alınıb.

Məlumat üçün qeyd edək ki, statistikaya hamiləlik, doğuş və zahılıq dövründə baş verən ölümlər daxildir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#ana_ölümü#ana_ölümü_statistikası#Azərbaycanda_ana_ölümü_2025#Dövlət_Statistika_Komitəsi#doğuş_və_zahılıq#səhiyyə_statistikası#hamiləlik_dövründə_ölüm#regionlar_üzrə_ölüm_halları

Oxşar Xəbərlər

Sumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlandıCəmiyyət

Sumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlandı

Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 600 mm diametrli kanalizasiya xəttində çökmə baş verib.

Bu gün
18:480
Məşhur ticarət mərkəzlərində SAXTA KÜRÜLƏR aşkarlandı - FOTOCəmiyyət

Məşhur ticarət mərkəzlərində SAXTA KÜRÜLƏR aşkarlandı - FOTO

Saxta kürü məhsullarının dövriyyəsi ilə bağlı monitorinq keçirilib.

Bu gün
18:120
Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQCəmiyyət

Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ

Şəmkir, Tovuz və Qazax rayonlarının bəzi kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu gün
18:100
Doğuş otağının əsl qəhrəmanları – Mamalar haqqında bilmədikləriniz - FOTOCəmiyyət

Doğuş otağının əsl qəhrəmanları – Mamalar haqqında bilmədikləriniz - FOTO

Hər il 5 may tarixində Beynəlxalq Həkim-Mama Günü qeyd olunur. Bu gün yalnız bir peşənin deyil, həm də minlərlə ananın və körpənin həyatında həlledici rol oynayan fədakar insanların əməyinə ehtiramın ifadəsidir. Çünki hər təhlükəsiz doğuşun arxasında diqqətli müşahidə, peşəkar bilik və böyük məsuliyyət dayanır. Məhz bu baxımdan mamaların səhiyyə sistemində rolu əvəzsizdir.

Bu gün
17:560