
Sumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlandı
Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 600 mm diametrli kanalizasiya xəttində çökmə baş verib.
Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 600 mm diametrli kanalizasiya xəttində çökmə baş verib.
Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti asfalt yolda oyuq yaranmasının səbəbinə aydınlıq gətirərkən məlumat verib.
Bildirilib ki, hazırda müvafiq qurumlar tərəfindən ərazidə təhlükəsizlik tədbirləri həyata keçirilir, hadisə yerinə giriş-çıxış nəzarətə götürülüb. Yaranmış problemin aradan qaldırılması məqsədilə sabahdan etibarən təmir-bərpa işlərinə başlanılacaq. İşlərin qısa müddətdə yekunlaşdırılması üçün bütün zəruri tədbirlər görüləcək.
Sumqayıt şəhərinin Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunda çökmə baş verib.
Gundem.today "Report"a istinadən xəbər verir ki, nəticədə yolun hərəkət hissəsində təxminən 5 metr diametrli iri oyuq yaranıb.
Çökməyə səbəb kimi kanalizasiya xəttində qəzanın baş verməsi göstərilir.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, hazırda təhlükəsizlik tədbirləri görülür və problemin aradan qaldırılması istiqamətində işlər aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBir qrup din xadimi Naxçıvanda tarixi abidələrlə tanış olub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı müxtəlif bölgələrindən, həmçinin ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri yekunlaşıb.
CəmiyyətŞəkidə WUF13 Festivalı keçirilib
Şəki sakinləri və şəhərin qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə mayın 5-də "WUF13 Festivalı" keçirilib.
CəmiyyətMəşhur ticarət mərkəzlərində SAXTA KÜRÜLƏR aşkarlandı - FOTO
Saxta kürü məhsullarının dövriyyəsi ilə bağlı monitorinq keçirilib.
CəmiyyətDaha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ
Şəmkir, Tovuz və Qazax rayonlarının bəzi kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.