
İsrail Livanın cənubunda atəşə hazır raket qurğusunu məhv etdi
İsrail hökuməti Livanın cənub bölgəsində atəş üçün tam hazır vəziyyətdə olan raket qurğusunu vurduğunu açıqlayıb.
İsrail hökuməti Livanın cənub bölgəsində atəş üçün tam hazır vəziyyətdə olan raket qurğusunu vurduğunu açıqlayıb.
Gundem.today xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Mətbuat Xidməti yerli telekanallara məlumat yayıb.
"Ölkənin şimal hissəsindəki mülki yaşayış məntəqələrinə yaranan ani təhlükənin qarşısını almaq məqsədilə SAXAL gecə saatlarında Livanın cənubunda döyüşə hazır vəziyyətdəki raket sisteminə zərbə endirib. Bu hərbi qurğu həm hərbçilərimizə, həm də vətəndaşlarımıza qarşı ciddi təhdid yaradırdı. Edilən hücum bu təhlükənin tamamilə aradan qaldırılmasına yönəlmişdi", - deyə İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib.
Qurumdan o da əlavə olunub ki, SAXAL ölkənin dinc əhalisinə və ordusuna qarşı yönələn istənilən riskin zərərsizləşdirilməsi istiqamətində lazımi tədbirləri görməkdə davam edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsrail SAXAL hərbçisinin hərəkətinə görə xristianlardan üzr istədi
İsrail Müdafiə Qüvvələrinin (SAXAL) hərbçisi tərəfindən Livanın cənub bölgəsində İsa peyğəmbərin heykəlinin zədələnməsi rəsmi Təl-Əvivin sərt reaksiyasına səbəb olub.
Dünya"İlin ən yaxşı xəbər kanalı" - "Haber Global" iki mükafat qazandı
Türkiyənin "Haber Global" xəbər kanalı İstanbul Aydın Universitetinin 18-ci "Kommunikasiya Mükafatları" mərasimində iki mükafat qazanıb.
Dünyaİran ABŞ ilə danışıqların ikinci raundu barədə QƏRAR VERİB?
İran ABŞ ilə danışıqların növbəti raundunda iştirakla bağlı qərar verməyib.
DünyaHindistanda partlayış: Çox sayda ölən var - VİDEO
Hindistanın cənubundakı Tamilnad ştatında fişəng istehsalı fabrikində baş verən partlayış nəticəsində ən azı 25 nəfər ölüb.