Son dəqiqə
Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? - Yeni mexanizm GÜNDƏMDƏTürkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDUİran Hörmüz boğazı ilə bağlı qonşu ölkələrlə əməkdaşlıq edəcəkLənkəranda çayxanada başlayan mübahisə qanla bitdiKimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandıİçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edilib - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? - Yeni mexanizm GÜNDƏMDƏ
Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? - Yeni mexanizm GÜNDƏMDƏ
Cəmiyyət

Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? - Yeni mexanizm GÜNDƏMDƏ

Bu gün
00:12
0 baxış
Paylaş:

Azərbaycanda saxta dərmanların dövriyyəsi ilə bağlı narahatlıqlar uzun illərdir gündəmdədir. Səhiyyə Nazirliyi isə problemin qarşısını almaq üçün yeni rəqəmsal mexanizm - "Track & Trace" sistemini gündəmə gətirib. Nazirliyin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayev bildirib ki, saxta dərmanların qarşısının alınmasında müasir dövrdə ən effektiv vasitələrdən biri rəqəmsal izləmə - yəni "Track & Trace" sistemidir. Onun sözlərinə görə, bu

Azərbaycanda saxta dərmanların dövriyyəsi ilə bağlı narahatlıqlar uzun illərdir gündəmdədir. Səhiyyə Nazirliyi isə problemin qarşısını almaq üçün yeni rəqəmsal mexanizm - "Track & Trace" sistemini gündəmə gətirib. Nazirliyin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayev bildirib ki, saxta dərmanların qarşısının alınmasında müasir dövrdə ən effektiv vasitələrdən biri rəqəmsal izləmə - yəni "Track & Trace" sistemidir. Onun sözlərinə görə, bu sistem vasitəsilə hər bir dərman vasitəsi qutusuna unikal seriya nömrəsi verilir.

Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Rəqəmsal sipər

Şöbə müdiri bildirib ki, dərman vasitəsi aptekdə satıldıqda və ya tibb müəssisəsində istifadə edildikdə həmin kod sistemdə deaktiv olunur: "Əgər eyni kod ikinci dəfə istifadə edilərsə, sistem dərhal xəbərdarlıq verir. Bu mexanizm saxta və ya təkrar dövriyyəyə buraxılmış dərman vasitələrinin operativ şəkildə aşkarlanmasına imkan yaradır. Nəticədə sistem saxta dərman vasitələrinə qarşı güclü rəqəmsal sipər rolunu oynayır. Dərman vasitələrinin hər bir qutusunun izlənməsi və hər bir satışın qeydiyyata alınması onların təhlükəsiz təminatının əsasını təşkil edir".

Maraqlıdır, bu mexanizmin tətbiqi praktik baxımdan nə qədər real görünür?

"Bu halda məhsul riskli hesab edilir"

Səhiyyə eksperti İlqar Hüseynli bildirir ki, "Track & Trace" sistemi ingilis dilindən tərcümədə "izlə və nəzarət et" mənasını verir və əsas məqsədi dərman dövriyyəsində şəffaflığı təmin etməkdir. Onun sözlərinə görə, Azərbaycanda əczaçılıq sahəsində mövcud əsas problemlərdən biri idxaldan asılılıqdır və bu da nəzarət mexanizmlərinin gücləndirilməsini zəruri edir: "Bu sistem çərçivəsində hər bir dərman qutusuna unikal identifikasiya kodu verilir. Bu kod adətən "Data Matrix" formatında qablaşdırmanın üzərinə yerləşdirilir və dərmanın istehsal mərhələsindən son istifadəyə qədər izlənməsinə imkan yaradır. Bu kod vasitəsilə istehsalçının müəyyən edilməsi, idxal tarixinin izlənməsi, paylama zəncirinin nəzarətdə saxlanılması, aptek satışlarının qeydə alınması, mümkün təkrar dövriyyə, saxta məhsul risklərinin aşkarlanması mümkün olur. Sistemdə qeydiyyatda olmayan və ya tanınmayan kod aşkar edildikdə həmin məhsul riskli hesab olunur və onun dövriyyəyə buraxılmasının qarşısı alınır".

Sistemin effektiv işləməsi üçün...

Ekspert bildirir ki, ölkədə dərman istehsalı məhdud olduğu üçün yerli zavodlar bu prosesi daha sadə şəkildə idarə edə bilsələr də, əsas yük idxal zəncirinin üzərindədir: "Track & Trace" kimi izləmə sisteminin effektiv işləməsi üçün ilk növbədə idxalçı şirkətlərlə istehsalçı zavodlar arasında razılaşmalar olmalıdır. Bu razılaşmalar çərçivəsində hər bir dərman qutusunun üzərinə müvafiq identifikasiya kodu yerləşdirilməlidir. Azərbaycanda da bu sistemin texniki baxımdan tətbiqi mümkündür, lakin bunun üçün bir sıra struktur və infrastruktur məsələləri həll olunmalıdır. İlk növbədə güclü nəzarət mexanizmi formalaşdırılmalı, bütün dərman zənciri - təchizat, topdansatış və pərakəndə satış mərhələləri - bu sistemə inteqrasiya olunmalıdır".

Saxta dərmanlar ölkəyə necə gətirilir?

Saxta dərman probleminə gəldikdə isə, mütəxəssis bildirir ki, ümumilikdə "saxta dərman" anlayışı rəsmi statistikada geniş şəkildə təsdiqlənmiş göstərici deyil. Onun sözlərinə görə, daha çox problem qeyri-rəsmi idxal və müxtəlif qaçaqmalçılıq yolları ilə ölkəyə daxil olan dərman partiyaları ilə bağlıdır: "Bu məhsullar əslində istehsal olunduqları ölkələrdə sertifikatlı zavodlar tərəfindən hazırlanır, lakin bəzən vergi və gömrük nəzarətindən gizlədilərək ölkəyə gətirilir. Eyni zamanda internet üzərindən həyata keçirilən qeyri-rəsmi satışlar bu nəzarətsizliyi daha da artırır. Bu halda həmin dərmanların orijinallığını və təhlükəsizliyini tam şəkildə yoxlamaq mümkün olmur. Bununla belə, əvvəlki illərlə müqayisədə ölkəyə saxta və ya şübhəli dərmanların daxil olması ilə bağlı göstəricilərdə azalma müşahidə edilir. Dərman istehsalçıları və tədarük zənciri iştirakçıları artıq öz reputasiyalarını qorumaq məqsədilə qaçaqmalçılıq, qeyri-rəsmi satış kanallarına imkan verməməyə daha çox diqqət yetirirlər".

Sistemin uğur qazanması üçün vacib şərt

İ. Hüseynli bildirir ki, sistemin uğur qazanması üçün bir neçə vacib şərt mövcuddur: "İlk növbədə güclü hüquqi baza yaradılmalı və effektiv nəzarət mexanizmi formalaşdırılmalıdır. Proses boyunca mütəmadi monitorinq aparılması, ictimai maarifləndirmənin gücləndirilməsi, şəffaflığın təmin edilməsi və pozuntulara qarşı real çəkindirici sanksiyaların tətbiqi vacibdir. Vətəndaşlar üçün real dəyişiklik o zaman hiss olunacaq ki, bütün bu mexanizmlər vahid və işlək sistem kimi fəaliyyət göstərsin. Bu halda insanlar mobil tətbiqlər vasitəsilə və ya ştrix-kodların skan edilməsi ilə dərmanın izlənilə bilən, nəzarət olunan və ya qeyri-rəsmi dövriyyəyə aid olub-olmadığını asanlıqla yoxlaya biləcəklər. Əks halda, sistem formal xarakter daşıya və praktik nəticə verməyə bilər".

Dünya təcrübəsi necədi

#Cəmiyyət#Saxta_dərman#Dərman_vasitələri#Türkiyə#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Səhiyyə_Nazirliyi#Azərbaycan_Respublikası#Analitik_Ekspertiza_Mərkəzi_(AEM)

Oxşar Xəbərlər

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edilib - VİDEOCəmiyyət

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edilib - VİDEO

Bir müddət öncə paytaxt ərazisində baş verən intensiv yağışlar zamanı İçərişəhər qala divarında aşınma nəticəsində dağıntılar baş verib.

Bu gün
23:120
"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Yasamalda sakinlərdən ŞİKAYƏT - VİDEOCəmiyyət

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Yasamalda sakinlərdən ŞİKAYƏT - VİDEO

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətlərdə paytaxt sakinləri bildiriblər ki, Yeni Yasamal, Əsəd Əhmədov küçəsindəki 15 ildir tikilən binada hələ də mənzillərinə çıxarış ala bilməyiblər.

Bu gün
22:360
Premyer Liqa: "Zirə" minimal hesabla qalib gəldiCəmiyyət

Premyer Liqa: "Zirə" minimal hesabla qalib gəldi

Misli Premyer Liqasında 30-cu turun daha bir oyunu keçirilib.

Bu gün
21:120
Belqraddan Bakıya birbaşa uçuşlar başlayıbCəmiyyət

Belqraddan Bakıya birbaşa uçuşlar başlayıb

"Air Serbia" aviaşirkətinin Serbiya ilə Azərbaycan arasında birbaşa uçuşları başlayıb.

Bu gün
20:160