Son dəqiqə
Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? - Yeni mexanizm GÜNDƏMDƏTürkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDUİran Hörmüz boğazı ilə bağlı qonşu ölkələrlə əməkdaşlıq edəcəkLənkəranda çayxanada başlayan mübahisə qanla bitdiKimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandıİçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edilib - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edilib - VİDEO
İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edilib - VİDEO
Cəmiyyət

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edilib - VİDEO

Bu gün
23:12
0 baxış
Paylaş:

Bir müddət öncə paytaxt ərazisində baş verən intensiv yağışlar zamanı İçərişəhər qala divarında aşınma nəticəsində dağıntılar baş verib.

Bir müddət öncə paytaxt ərazisində baş verən intensiv yağışlar zamanı İçərişəhər qala divarında aşınma nəticəsində dağıntılar baş verib.

Artıq həmin hissədə Avstriya şirkəti tərəfindən bərpa işləri həyata keçirilir. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin üzvü Aytac Əlisultanlı bərpa işləri ilə bağlı məlumatları Baku TV ilə bölüşüb:

"Bu dağıntının nəticəsi olaraq burada qəzalı vəziyyət yaranmışdı və operativ olaraq İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən buraya mütəxəssislər cəlb edilmişdi. Mütəxəssislər İçərişəhər ərazisində, eyni zamanda respublika ərazisində bir çox mühüm tarixi memarlıq abidələrinin əsaslı bərpası və konservasiyası ilə məşğul olmuş və peşəkarcasına bu işləri yerinə yetirmiş "Atelier Erich Pummer" şirkətindəndir. Həmin mütəxəssislər tərəfindən qeyd olunan hissədə baş vermiş qəzalı vəziyyət aradan qaldırılıb. Lakin təbii ki, burada müvəqqəti tədbirlər yox, əsaslı bərpa, konservasiya və gücləndirmə işləri aparılmalıdır və bunun əsasında texniki müayinə və mühəndis təhlilləri dayanmalıdır", - deyə o vurğulayıb.

Bərpa işlərini həyata keçirən "Atelier Erich Pummer" şirkətinin təsisçisi və direktoru Erix Pummerin sözlərinə görə, təxirəsalınmaz zəruri tədbirlər həyata keçirilərək divarın uçmuş hissəsi stabilləşdirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#İçərişəhər_Dövlət_Tarix-Memarlıq_Qoruğu_İdarəsi#İçərişəhər_Dövlət_Tarix-Memarlığı_Qoruğu#Qala_divarı#Uçqun_hadisəsi

Oxşar Xəbərlər

Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? - Yeni mexanizm GÜNDƏMDƏCəmiyyət

Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? - Yeni mexanizm GÜNDƏMDƏ

Azərbaycanda saxta dərmanların dövriyyəsi ilə bağlı narahatlıqlar uzun illərdir gündəmdədir. Səhiyyə Nazirliyi isə problemin qarşısını almaq üçün yeni rəqəmsal mexanizm - "Track & Trace" sistemini gündəmə gətirib. Nazirliyin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayev bildirib ki, saxta dərmanların qarşısının alınmasında müasir dövrdə ən effektiv vasitələrdən biri rəqəmsal izləmə - yəni "Track & Trace" sistemidir. Onun sözlərinə görə, bu

Bu gün
00:120
"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Yasamalda sakinlərdən ŞİKAYƏT - VİDEOCəmiyyət

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Yasamalda sakinlərdən ŞİKAYƏT - VİDEO

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətlərdə paytaxt sakinləri bildiriblər ki, Yeni Yasamal, Əsəd Əhmədov küçəsindəki 15 ildir tikilən binada hələ də mənzillərinə çıxarış ala bilməyiblər.

Bu gün
22:360
Premyer Liqa: "Zirə" minimal hesabla qalib gəldiCəmiyyət

Premyer Liqa: "Zirə" minimal hesabla qalib gəldi

Misli Premyer Liqasında 30-cu turun daha bir oyunu keçirilib.

Bu gün
21:120
Belqraddan Bakıya birbaşa uçuşlar başlayıbCəmiyyət

Belqraddan Bakıya birbaşa uçuşlar başlayıb

"Air Serbia" aviaşirkətinin Serbiya ilə Azərbaycan arasında birbaşa uçuşları başlayıb.

Bu gün
20:160