Son dəqiqə
Quba-Bakı magistralında CİDDİ PROBLEM: Sıradan çıxan avtomobillər yolda qalıblar - VİDEODünyanın ən varlı daşınmaz əmlak sahibinin adı açıqlandıİranlı narkotacirə kuryerlik edənlər Binəqədidə ələ keçdilər - FOTO - VİDEOABŞ məşhur avtomobil şirkətlərini silah istehsalına cəlb etmək istəyirTürkiyədə məktəblərə silahlı hücumla əlaqədar həbs dalğası: Saxlanılanlar arasında 6 uşaq da varXalq artisti: "Bu, islahat deyildi, teatra olan çox səhv bir münasibət idi" - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycanda Şimali Kipr günləri keçiriləcək
Azərbaycanda Şimali Kipr günləri keçiriləcək
Cəmiyyət

Azərbaycanda Şimali Kipr günləri keçiriləcək

Bu gün
22:52
1 baxış
Paylaş:

İyun ayında Azərbaycanda Şimali Kipr günləri keçiriləcək.

İyun ayında Azərbaycanda Şimali Kipr günləri keçiriləcək.

Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə Şimali Kiprin Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç bildirib.

Müşavir deyib ki, onların məqsədi Azərbaycan xalqına Şimali Kipr xalqının mədəniyyətini, tarixini, turizmini, təbiətini tanıtmaqdır:

"Azərbaycanın Baş naziri Əli Əsədovla Şimali Kiprin Baş naziri Ünal Üstelin aprelin 1-də keçirilən görüşündən sonra bizim əlaqələrimiz daha da geniş vüsət almağa başlayıb. Mədəniyyət və turizm sahəsində də çoxtərkibli əlaqələrimizi genişləndirmək hədəfimizdir. Bu məqsədlə də bizim tanınmış sənətçilərin, mədəniyyətimizi təmsil edən sürpriz qonaqların da iştirakı ilə Şimali Kipr günlərinin keçirilməsi üçün hazırlıqlarımız davam edir".

Serhan Aktunç xatırladıb ki, 2024-cü ildə də turizmlə bağlı Şimali Kipr prezidentinin də iştirakı ilə Azərbaycanda təqdimat günləri keçirilib, budəfəki Şimali Kipr günləri isə daha geniş olacaq.

Qeyd edək ki, aprelin 15-16-da Ankarada 2026-cı il üçün Türk Dünyası Turizm Paytaxtı seçilməsi çərçivəsində 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresi keçirilir. Tədbirə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Macarıstan, Bolqarıstan və Şimali Kiprdən olan mütəxəssislər, müvafiq rəsmi qurum nümayəndələri qatılaraq turizm və hotelçiliklə bağlı müzakirələr aparırlar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Şimali_Kipr_Türk_Respublikası_(ŞKTR)#Əli_Əsədov#Azərbaycan_Respublikası

Oxşar Xəbərlər

Quba-Bakı magistralında CİDDİ PROBLEM: Sıradan çıxan avtomobillər yolda qalıblar - VİDEOCəmiyyət

Quba-Bakı magistralında CİDDİ PROBLEM: Sıradan çıxan avtomobillər yolda qalıblar - VİDEO

Quba-Bakı yolunun bəzi hissələrinin yararsız vəziyyətdə olması sürücülər üçün ciddi təhlükə yaradıb.

Bu gün
11:280
Azərbaycanda rekord: Katarakta əməliyyatı cəmi 1 dəqiqə 39 saniyəyə icra edildiCəmiyyət

Azərbaycanda rekord: Katarakta əməliyyatı cəmi 1 dəqiqə 39 saniyəyə icra edildi

Bakıda fəaliyyət göstərən "İstanbul NS" Klinikasında katarakta əməliyyatı rekord sürətlə - cəmi 1 dəqiqə 39 saniyə ərzində uğurla icra olunub.

Bu gün
11:060
Zabrat yolunda TƏHLÜKƏLİ VƏZİYYƏT: "Maşınların təkərləri partlayır, diskləri əyilir" - VİDEOCəmiyyət

Zabrat yolunda TƏHLÜKƏLİ VƏZİYYƏT: "Maşınların təkərləri partlayır, diskləri əyilir" - VİDEO

Bakı şəhərinin Sabunçu rayonu ərazisindəki Zabrat yolu, şəhər şosesi, Ramana döngəsindəki yoldan şikayət var.

Bu gün
11:040
Nərimanovda ağaclar kütləvi şəkildə məhv edilib - VİDEOCəmiyyət

Nərimanovda ağaclar kütləvi şəkildə məhv edilib - VİDEO

Bakı şəhərinin Nərimanov rayonu, Faiq Yusifov küçəsində ağaclar kütləvi şəkildə məhv edilir.

Bu gün
10:400