
Azərbaycanın qəlbini dağlayan faciə: ADNA terrorundan 17 il keçir
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) baş vermiş dəhşətli terror aktından 17 il keçir.
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) baş vermiş dəhşətli terror aktından 17 il keçir.
Gundem.today xatırladır ki, 2009-cu il aprelin 30-da səhər saatlarında Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov universitetin Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci tədris binasına silahla daxil olaraq ard-arda atəş açıb. O, binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açaraq, 12 nəfəri qətlə yetirib, 13 nəfəri isə yaralayıb. Qədirov daha sonra intihar edib.
Hadisə ölkədə və cəmiyyətdə böyük sarsıntıya səbəb olub, bu gün də həmin günün ağrısı və xatirəsi unudulmur.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi açılıb.
Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktı törədən Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o, Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə mütəmadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona külli miqdarda pul və silah verilib.
Mardun Qumaşyan barəsində həbsli axtarış elan edilərək İnterpola verilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə keçirilib. İşlə bağlı Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cəzalandırılıblar.
Onlardan Arif Qabulov 11 il müddətinə, digərləri isə ömürlük azadlıqdan məhrum ediliblər.
Terror zamanı həyatını itirən şəxslərin siyahısı:
1. Taleh Tariyel oğlu Məmmədov, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
2. Ayna Abbasqulu qızı Qurbanova, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
3. Tamilla Zülfüqar qızı Əzizova, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
4. Yusif Telman oğlu Bəndəliyev, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
5. Ramiz Xəlil oğlu Abdullayev, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
6. Məcnun Abdulvahid oğlu Vahidov, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
7. Ceyhun Sakit oğlu Aslanov, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
8. Emin İmaməli oğlu Abdullayev, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
9. Ruslan Cəfər oğlu Babaşov, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
10. Ayaz Cavanşir oğlu Bağırov, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
11. Şəfa Afət qızı Məmmədova, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
12. Savalan Allahverdi oğlu Cabbarov, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)
Dəhşətli terror aktının məsum qurbanlarını rəhmətlə anırıq!
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətUcar sakinləri həyəcan təbil çalırlar: "Canavarlar artıq gündüz də hücum edir" - VİDEO
Ucar rayonunun Qazıyan kəndində canavarların yaşayış məntəqəsinə hücumu təsərrüfat sahiblərinə ciddi ziyan vurub. Hadisə gecə saatlarında kənd sakini Kifayət Babayevanın həyətyanı sahəsində baş verib. Nəzarətsiz qalan xırda buynuzlu heyvanlara hücum edən yırtıcılar 8 baş heyvanı tələf edib, 15-ni isə ağır yaralayıblar.
CəmiyyətTələblərə cavab verməyən heyvanlar satış zonasına buraxılmayacaq - VİDEO
Heyvan bazarlarında sərt qaydalar tətbiq ediləcək və tələblərə cavab verməyən heyvanlar satış zonasına buraxılmayacaq.
CəmiyyətMTK-lar idarəetməni niyə təhvil vermirlər? - Sakinlərin bitməyən "komendant" dərdi - VİDEO
Çoxmərtəbəli binalardan ev alan və uzun illər yaşayan əksər vətəndaşların üzləşdiyi əsas problemlərdən biri binanın idarə olunması ilə bağlıdır. Belə ki, əksər MTK-lar binanı tikib mənzilləri satsalar da, idarəetməni sakinlərə təhvil vermir və özləri idarə etməyə davam edirlər. Bu isə təbii olaraq sakinlərin narazılığına səbəb olur.
CəmiyyətBu gün Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının ildönümüdür
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaranma günüdür. XTQ-nin yaradılmasından 27 il ötür.