
MTK-lar idarəetməni niyə təhvil vermirlər? - Sakinlərin bitməyən "komendant" dərdi - VİDEO
Çoxmərtəbəli binalardan ev alan və uzun illər yaşayan əksər vətəndaşların üzləşdiyi əsas problemlərdən biri binanın idarə olunması ilə bağlıdır. Belə ki, əksər MTK-lar binanı tikib mənzilləri satsalar da, idarəetməni sakinlərə təhvil vermir və özləri idarə etməyə davam edirlər. Bu isə təbii olaraq sakinlərin narazılığına səbəb olur.
Çoxmərtəbəli binalardan ev alan və uzun illər yaşayan əksər vətəndaşların üzləşdiyi əsas problemlərdən biri binanın idarə olunması ilə bağlıdır. Belə ki, əksər MTK-lar binanı tikib mənzilləri satsalar da, idarəetməni sakinlərə təhvil vermir və özləri idarə etməyə davam edirlər. Bu isə təbii olaraq sakinlərin narazılığına səbəb olur.
Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, mövcud qanunvericiliyə əsasən, çoxmənzilli binalar istismara verildikdən sonra həmin binalarda yaşayan mənzil mülkiyyətçiləri tərəfindən müştərək cəmiyyətlər yaradılmalı və idarəetmə məhz sakinlər tərəfindən həyata keçirilməlidir:
"Bu halda sakinlər ya idarəetməni özləri həyata keçirə, ya da istədikləri idarəedici şirkətə həvalə edə bilərlər".
Nərimanov rayonundakı komplekslərdən birində məhz bu idarəetmə forması tətbiq olunur və bina sakinlər tərəfindən idarə edilir. Sakinlərin sözlərinə görə, bu model bir çox binalarda arzulansa da, hər yerdə tətbiq olunmur.
"Səliqə var, qayda-qanun var. Komendant da çox yaxşı insandır. Bütün arzularımızı və istəklərimizi nəzərə alır. Ödədiyimiz vəsaitin necə xərcləndiyi barədə də məlumatlıyıq", - deyə sakinlərdən biri bildirib.
Digər sakin isə qeyd edib ki, əvvəl MTK ilə bağlı narazılıqlar olub:
"Bir müddət şikayətlərimizi bildirdik, amma nəticə olmadı. Buna görə də yığışıb qanunvericiliyin bizə verdiyi hüquqlardan istifadə edərək mülkiyyətçilərin cəmiyyətini yaratdıq və indi özümüz idarə edirik. Bura yaşayış yeridir, qazanc mənbəyi deyil. Hər il mütləq hesabat verilir: nə qədər vəsait toplanıb, hansı işlər görülüb - hamısı açıqlanır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətTələblərə cavab verməyən heyvanlar satış zonasına buraxılmayacaq - VİDEO
Heyvan bazarlarında sərt qaydalar tətbiq ediləcək və tələblərə cavab verməyən heyvanlar satış zonasına buraxılmayacaq.
CəmiyyətBu gün Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının ildönümüdür
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaranma günüdür. XTQ-nin yaradılmasından 27 il ötür.
CəmiyyətAzərbaycanın qəlbini dağlayan faciə: ADNA terrorundan 17 il keçir
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) baş vermiş dəhşətli terror aktından 17 il keçir.
CəmiyyətOrxan Fikrətoğlu: "Allahdan qorxmayan insan birmənalı olaraq təhlükəlidir" - VİDEO
Baku TV-nin efirində yayımlanan "Amin" verilişinin növbəti buraxılışı tamaşaçılara təqdim olunub.