
"Azeronline" yüksəksürətli internet performansı üzrə lider mövqeyini gücləndirir
Azərbaycanın aparıcı internet provayderlərindən biri olan "Azeronline" sabit genişzolaqlı internet xidmətlərində yüksək sürət və performans göstəriciləri ilə bazarda lider mövqeyini qorumaqda davam edir.
Azərbaycanın aparıcı internet provayderlərindən biri olan "Azeronline" sabit genişzolaqlı internet xidmətlərində yüksək sürət və performans göstəriciləri ilə bazarda lider mövqeyini qorumaqda davam edir.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) 2026-cı ilin fevral ayı üzrə dərc etdiyi rəsmi hesabatda ölkə üzrə internet performansının əhəmiyyətli dərəcədə yaxşılaşdığı qeyd olunur. Hesabata əsasən, sabit genişzolaqlı internet üzrə median yükləmə sürəti 91.38 Mbps, yükləmə sürəti isə 93.12 Mbps təşkil edib, gecikmə isə 4 ms səviyyəsində olub .
Eyni hesabatda provayderlər sürət kateqoriyaları üzrə təsnif edilərkən "Azeronline" 150 Mbps və daha yüksək sürət göstəricisi ilə ən yüksək kateqoriyada yer alıb . Bu nəticə şirkətin yüksəkperformanslı fiber-optik infrastruktur və müasir texnoloji həllər üzərində qurulmuş şəbəkəsinin effektivliyini bir daha təsdiqləyir.
Qeyd edək ki, ölkə üzrə internet sürətində son dövrlərdə müşahidə olunan artım ümumi rəqəmsal transformasiya prosesinin tərkib hissəsidir. 2026-cı ilin fevral göstəricilərinə əsasən Azərbaycan üzrə sabit genişzolaqlı internet sürətləri yüksək səviyyəyə çatmış və bu dinamika ölkədə rəqəmsal infrastrukturun inkişafını əks etdirir.
"Azeronline"ın texnoloji yanaşması bu müsbət dinamikanın formalaşmasında mühüm rol oynayır. Şirkət tərəfindən həyata keçirilən şəbəkə modernizasiyası, fiber-optik genişlənmə və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi nəticəsində istifadəçilərə daha stabil, sürətli və aşağı gecikməli internet xidmətləri təqdim olunur.
Qeyd edək ki, hesabat beynəlxalq "Ookla Speedtest Intelligence" platformasının məlumatları əsasında hazırlanır və ölkə üzrə internet xidmətlərinin obyektiv qiymətləndirilməsini təmin edir.
"Azeronline" bundan sonra da şəbəkə imkanlarını genişləndirmək və istifadəçi təcrübəsini yaxşılaşdırmaq istiqamətində inkişafını davam etdirəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"Kapital Bank" ötən ili 274 milyon manatdan çox xalis mənfəətlə başa vurub
Bu gün "Kapital Bank"ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransı keçirilib.
Digər"Bir"in də dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" uğurla başa çatdı
İnnovasiya və davamlı inkişafı öz fəaliyyətinin mərkəzində tutan "Bir ekosistemi"nin də sponsorluğu ilə keçirilən "Azərbaycan Biznes Keys Müsabiqəsi"nin (ABCC) 2026-cı il üzrə final mərhələsi uğurla yekunlaşıb. Gənclərin real biznes mühitinə hazırlanması və insan kapitalının inkişafı istiqamətində ölkənin ən nüfuzlu platformalarından biri olan bu layihə, yerli və qlobal bazarlar üçün yeni istedadların kəşf olunmasında əhəmiyyətli rol oynayır.
DigərBu bank pulunuza illik 12% gəlir təklif edir
Etibarlı maliyyə tərəfdaşınız "Expressbank" "Klassik əmanət" məhsulu üzrə cəlbedici imkan təklif edir.
DigərYardımlıda ödənişsiz tibbi müayinələr keçirilib
"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Yardımlı rayonunda təşkil olunub.