
Yardımlıda ödənişsiz tibbi müayinələr keçirilib
"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Yardımlı rayonunda təşkil olunub.
"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Yardımlı rayonunda təşkil olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü və təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində sakinlərə ödənişsiz tibbi xidmətlər göstərilib.
Yardımlı Rayon Mərkəzi Xəstəxanasında baş tutan müayinələr zamanı 5 müxtəlif istiqamət üzrə peşəkar həkim heyəti tərəfindən tibbi baxışlar həyata keçirilib.
İki gün ərzində ümumilikdə 435 rayon sakini müayinədən keçib. Müayinə nəticəsində səhhətində problem aşkarlanan şəxslərə müvafiq tibbi tövsiyələr verilib və müalicə istiqamətləri müəyyənləşdirilib.
Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər.
Qeyd edək ki, "Həmkardan həmkara qayğı ilə" layihəsi ucqar bölgələrdə yaşayan əhalinin tibbi xidmətlərə çıxış imkanlarının artırılması, onların sağlamlığının qorunması və dövlətimizin sosial siyasətinə töhfə vermək məqsədi daşıyır.
2025-ci ilin aprel ayından start götürən layihə çərçivəsində indiyədək ümumilikdə 2685 vətəndaş ödənişsiz tibbi müayinələrdən faydalanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"DH Volley" Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb
"Azərlotereya" ASC-nin sponsoru olduğu "DH Volley" ("Demirören Holdinq") komandası qadın voleybolçuların Azərbaycan Yüksək Liqasının final mərhələsində uğurla çıxış edərək gümüş medal qazanıb. Qısa müddətdə formalaşmasına baxmayaraq komandanın əldə etdiyi bu nəticə sistemli hazırlıq, güclü komanda ruhu və davamlı dəstəyin uğurlu vəhdəti kimi qiymətləndirilir.
Digər"Kapital Bank" ötən ili 274 milyon manatdan çox xalis mənfəətlə başa vurub
Bu gün "Kapital Bank"ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransı keçirilib.
Digər"Azeronline" yüksəksürətli internet performansı üzrə lider mövqeyini gücləndirir
Azərbaycanın aparıcı internet provayderlərindən biri olan "Azeronline" sabit genişzolaqlı internet xidmətlərində yüksək sürət və performans göstəriciləri ilə bazarda lider mövqeyini qorumaqda davam edir.
Digər"Bir"in də dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" uğurla başa çatdı
İnnovasiya və davamlı inkişafı öz fəaliyyətinin mərkəzində tutan "Bir ekosistemi"nin də sponsorluğu ilə keçirilən "Azərbaycan Biznes Keys Müsabiqəsi"nin (ABCC) 2026-cı il üzrə final mərhələsi uğurla yekunlaşıb. Gənclərin real biznes mühitinə hazırlanması və insan kapitalının inkişafı istiqamətində ölkənin ən nüfuzlu platformalarından biri olan bu layihə, yerli və qlobal bazarlar üçün yeni istedadların kəşf olunmasında əhəmiyyətli rol oynayır.