
"Kapital Bank" ötən ili 274 milyon manatdan çox xalis mənfəətlə başa vurub
Bu gün "Kapital Bank"ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransı keçirilib.
Bu gün "Kapital Bank"ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransı keçirilib.
Gundem.today xəbər verir ki, konfransda bankın idarə heyətinin sədri Fərid Hüseynov, bankın idarə heyəti sədrinin birinci müavini Cavid Mirzəyev, bankın baş risk inzibatçısı Ağarza Baxşiyev çıxış ediblər.
İdarə heyətinin sədri Fərid Hüseynov bildirib ki, 2025-ci ildə "Kapital Bank"a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub:
"Ötən il bankın tarixində ilk sindikatlaşdırılmış kredit sazişi imzalanıb. Körfəz regionunun aparıcı bankı olan "Mashreq Bank"la əməkdaşlıq çərçivəsində "Kapital Bank"a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub. Bank həmçinin, ötən il Özbəkistanın ən böyük IT ekosistemi ilə tərəfdaş olub. "Uzum" ekosisteminə daxil olan "MAKESENSE" şirkətinə 22 milyon ABŞ dolları həcmində sindikativ kredit ayırılıb. Bu əməkdaşlıqla "Kapital Bank"ın tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat krediti ayrılıb."
Fərid Hüseynov həmçinin qeyd edib ki, "Kapital Bank"ın rəqəmsallaşmadakı təcrübəsi dünya şöhrətli marketinq mütəxəssisi Filip Kotlerin yeni hazırlanan "Müasir Marketinqin Əsasları" (Essentials of Modern Marketing-EOMM) kitabında yer alacaq.
"Kapital Bank"ın idarə heyətinin sədrinin birinci müavini Cavid Mirzəyev məlumat verib ki, "Kapital Bank" 2025-ci ili 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub:
"2025-ci il üçün konsolidə edilmiş rəqəmlərə əsasən deyə bilərəm ki, bankımız ötən ili olduqca uğurlu bir göstərici ilə - 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub. Bu rəqəm 2024-cü illə müqayisədə 15% artım deməkdir. Təbii ki, istər aktivlərin, istərsə də öhdəliklərin uğurlu idarə edilməsi bilavasitə bankın maliyyə nəticələrində öz əksini tapır. Bankımızın mənfəət və zərər göstəricilərinə nəzər salsaq görərik ki, 2025-ci il ərzində toplam faiz gəlirlərimiz 1 milyard 173 milyon 779 min manat təşkil edib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur. Bu artımın təməlində həm korporativ, kiçik və orta biznes, həm də fiziki şəxs olan müştərilərimizin sayının əhəmiyyətli dərəcədə çoxalması dayanır".
"Kapital Bank"ın baş risk inzibatçısı Ağarza Baxşiyevın verdiyi məlumata görə, 2025-ci ildə müştərilərdən oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manat vəsaitin qarşısını alıb:
"2025-ci il ərzində bank müştərilərinin 1 milyon 2 min 873 kart əməliyyatı və 31 min 353 kart hesabı fırıldaqçılıq əməliyyatı ehtimalı olduğu üçün bank tərəfindən bloklanıb. Nəticədə vətəndaşlardan oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manatın qarşısı alınıb. O həmçinin qeyd edib ki, 2024-cü illə müqayisədə ötən il rəqəmsal fırıldaqçılıq üzrə hücum cəhdlərinin sayı da artıb. Xüsusilə sosial mühəndislik üsulları vasitəsilə müştərilərin manipulyasiya edilməsi və vəsaitlərin mənimsənilməsinə yönələn cəhdlər daha intensiv xarakter alıb. Kapital Bank adından saxta reklam, elan, lotereya xarakterli kampaniya həyata keçirdiyini iddia edən 1000-dən çox veb-sayt və sosial media səhifəsi bloklanıb".
İctimaiyyətlə əlaqələr prosesinin sahibi Arzu Əliyeva mətbuat konfransında "Kapital Bank"ın ötən il ərzində görülən sosial məsuliyyət layihələri barədə də məlumatı açıqlayıb:
"Kapital Bank" ötən il ərzində KSM strategiyası çərçivəsində "Arzumuz var", "Dəyişiklik səndən başlayır", "Birbank tələbə təqaüd proqramı", "Spark tələbə təqaüd proqramı" kimi layihələri reallaşdırıb. Həmçinin, "Birbank" tətbiqində "İşarət dili ilə videozəng xidməti" müştərilərin istifadəsinə verilib. Eyni zamanda bu ildən etibarən bankın 6 filialında da eşitmə və nitq məhdudiyyətli vətəndaşlara işarət dilində xidmət göstəriləcək".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"DH Volley" Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb
"Azərlotereya" ASC-nin sponsoru olduğu "DH Volley" ("Demirören Holdinq") komandası qadın voleybolçuların Azərbaycan Yüksək Liqasının final mərhələsində uğurla çıxış edərək gümüş medal qazanıb. Qısa müddətdə formalaşmasına baxmayaraq komandanın əldə etdiyi bu nəticə sistemli hazırlıq, güclü komanda ruhu və davamlı dəstəyin uğurlu vəhdəti kimi qiymətləndirilir.
Digər"Azeronline" yüksəksürətli internet performansı üzrə lider mövqeyini gücləndirir
Azərbaycanın aparıcı internet provayderlərindən biri olan "Azeronline" sabit genişzolaqlı internet xidmətlərində yüksək sürət və performans göstəriciləri ilə bazarda lider mövqeyini qorumaqda davam edir.
Digər"Bir"in də dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" uğurla başa çatdı
İnnovasiya və davamlı inkişafı öz fəaliyyətinin mərkəzində tutan "Bir ekosistemi"nin də sponsorluğu ilə keçirilən "Azərbaycan Biznes Keys Müsabiqəsi"nin (ABCC) 2026-cı il üzrə final mərhələsi uğurla yekunlaşıb. Gənclərin real biznes mühitinə hazırlanması və insan kapitalının inkişafı istiqamətində ölkənin ən nüfuzlu platformalarından biri olan bu layihə, yerli və qlobal bazarlar üçün yeni istedadların kəşf olunmasında əhəmiyyətli rol oynayır.
DigərBu bank pulunuza illik 12% gəlir təklif edir
Etibarlı maliyyə tərəfdaşınız "Expressbank" "Klassik əmanət" məhsulu üzrə cəlbedici imkan təklif edir.