
"AzInTelecom" tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
Görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 67 705 IMEI koda "klon" statusu verilərək blok edilib. Həmin IMEI kodlar son üç ayda 1 612 873 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 1 540 604 dəfə şəbəkəyə qoşulma cəhdinə "AzInTelecom"a məxsus Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.
"AzInTelecom" MMC mütəmadi şəkildə monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Surəti köçürülmüş IMEI kodlara "klon" statusu verilərək istifadəsi məhdudlaşdırılır.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Mobil cihazların IMEI kodlarının orijinallığını "myGov" portalında yoxlamaq mümkündür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digərİlkin ödənişsiz mənzil fürsəti - Məhdud müddət üçün xüsusi kampaniya
"Eko Park Xırdalan 2" layihəsi ilə arzuladığınız mənzilə sahib olmaq artıq daha əlçatandır. May və iyun aylarını əhatə edən xüsusi kampaniya çərçivəsində müştərilərə ilkin ödənişsiz mənzil əldə etmək imkanı təqdim olunur. Bu təklif xüsusilə büdcəsini qorumaq və rahat şəkildə ev sahibi olmaq istəyənlər üçün ideal fürsət yaradır.
Digər"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Sərfəli xidmətləri ilə tanınan "Nar" sosial məsuliyyət prinsiplərinə sadiqliyini davam etdirərək "Ümid oturacağı" layihəsinə dəstək verib. Bakıda keçirilən tədbir çərçivəsində 6-12 yaş arası fiziki məhdudiyyətli uşaqlara xüsusi təkərli oturacaqlar təqdim olunub, ümumilikdə 60 uşaq bu təşəbbüsdən faydalanıb. Təqdim olunan vasitələr uşaqların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, onların cəmiyyətə daha fəal inteqrasiyasını dəstəkləyir, yüngül, rahat və beynəlxalq standartlara uyğun olmaqla bir
DigərXırdalanda yeni "Kontakt" ünvanı: AÇILIŞA ÖZƏL 60%-dək ENDİRİM
"Kontakt" mağazalar şəbəkəsi yeni ünvanlarda alıcılarına rahatlıq və sərfəli alış-veriş imkanı yaratmağa davam edir. Şəbəkə bu dəfə Xırdalan sakinlərini yeni mağazası ilə sevindirib. Şəhərin mərkəzində yerləşən yeni mağazanın açılışı musiqili proqram, sürpriz hədiyyələr ilə gələn hər kəs üçün yaddaqalan olub.
DigərƏdliyyə Nazirliyi "Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidmətini istifadəyə verib
Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin daha çevik təşkil edilməsi məqsədilə "Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidmətini istifadəyə verib.