Son dəqiqə
"Kanal 21" və "bakuxeber.az"ın rəhbərləri həbs ediliblərHəftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASIKomitə sədri dövlətə ödənilən 6 milyard manatdan danışdıDövlət qurumlarına edilən müraciətlərin cavablandırılmasında YENİLİKABŞ və Venesuela arasında birbaşa aviareyslər bərpa olundu - VİDEOVatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. Ədliyyə Nazirliyi "Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidmətini istifadəyə verib
Ədliyyə Nazirliyi "Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidmətini istifadəyə verib
Digər

Ədliyyə Nazirliyi "Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidmətini istifadəyə verib

Bu gün
11:38
0 baxış
Paylaş:

Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin daha çevik təşkil edilməsi məqsədilə "Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidmətini istifadəyə verib.

Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin daha çevik təşkil edilməsi məqsədilə "Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidmətini istifadəyə verib.

Yeni xidmət ziyarətçilərə məhkumlarla görüşlər üçün onlayn qaydada müraciət etməyə, görüşün vaxtını və növünü seçməyə, görüş zamanı gətirilməsi nəzərdə tutulan sovqatın öncədən qeydiyyata alınmasına, həmçinin müraciətin icra statusunu real vaxt rejimində izləməyə imkan yaradır.

Xidmətin əsas məqsədi məhkumlarla görüşlərin qeydiyyatı prosesinin rəqəmsallaşdırılması, vətəndaş məmnuniyyətinin artırılması, habelə penitensiar müəssisələrdə sənəd dövriyyəsinin minimuma endirilməsidir.

"Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidməti Ədliyyə Nazirliyinin rəsmi veb-saytında "Elektron xidmətlər" bölməsində təqdim edilir. Ziyarətçilər xidmətə daxil olaraq və tələb olunan məlumatları dolduraraq müraciət edə bilərlər.

İlk növbədə "myGov ID" və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə identifikasiya həyata keçirilir. Daha sonra görüş üçün onlayn forma (görüşün növü, müəssisə, tarix, iştirakçılar və s.) doldurulur və gətiriləcək sovqatla bağlı məlumat əlavə edilir, müraciət Ədliyyə Nazirliyinin aidiyyəti penitensiar müəssisəsinə göndərilir. Müəssisə tərəfindən müraciət yoxlanılır və təsdiqləndikdə vətəndaşa SMS bildiriş göndərilir. Görüşlər yalnız əvvəlcədən müəyyən edilmiş tarix və saatda keçirilir.

Hazırda elektron xidmətin pilot qaydada 4 saylı cəzaçəkmə müəssisəsində tətbiqinə başlanılıb. Mərhələli şəkildə Ədliyyə Nazirliyinin bütün penitensiar müəssisələrində xidmətin tətbiqi həyata keçiriləcək.

Qeyd edək ki, yeni elektron xidmət vətəndaşlarla penitensiar müəssisələr arasında qarşılıqlı əlaqəni rəqəmsal mühitə daşıyır və görüş müraciətlərinin şəffaf, sürətli və izlənilə bilən şəkildə idarə olunmasını təmin edir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Cəzaçəkmə_müəssisəsi#Ədliyyə_Nazirliyi

Oxşar Xəbərlər

İlkin ödənişsiz mənzil fürsəti - Məhdud müddət üçün xüsusi kampaniyaDigər

İlkin ödənişsiz mənzil fürsəti - Məhdud müddət üçün xüsusi kampaniya

"Eko Park Xırdalan 2" layihəsi ilə arzuladığınız mənzilə sahib olmaq artıq daha əlçatandır. May və iyun aylarını əhatə edən xüsusi kampaniya çərçivəsində müştərilərə ilkin ödənişsiz mənzil əldə etmək imkanı təqdim olunur. Bu təklif xüsusilə büdcəsini qorumaq və rahat şəkildə ev sahibi olmaq istəyənlər üçün ideal fürsət yaradır.

Bu gün
09:440
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTODigər

"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO

Sərfəli xidmətləri ilə tanınan "Nar" sosial məsuliyyət prinsiplərinə sadiqliyini davam etdirərək "Ümid oturacağı" layihəsinə dəstək verib. Bakıda keçirilən tədbir çərçivəsində 6-12 yaş arası fiziki məhdudiyyətli uşaqlara xüsusi təkərli oturacaqlar təqdim olunub, ümumilikdə 60 uşaq bu təşəbbüsdən faydalanıb. Təqdim olunan vasitələr uşaqların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, onların cəmiyyətə daha fəal inteqrasiyasını dəstəkləyir, yüngül, rahat və beynəlxalq standartlara uyğun olmaqla bir

Bu gün
15:220
Xırdalanda yeni "Kontakt" ünvanı: AÇILIŞA ÖZƏL 60%-dək ENDİRİMDigər

Xırdalanda yeni "Kontakt" ünvanı: AÇILIŞA ÖZƏL 60%-dək ENDİRİM

"Kontakt" mağazalar şəbəkəsi yeni ünvanlarda alıcılarına rahatlıq və sərfəli alış-veriş imkanı yaratmağa davam edir. Şəbəkə bu dəfə Xırdalan sakinlərini yeni mağazası ilə sevindirib. Şəhərin mərkəzində yerləşən yeni mağazanın açılışı musiqili proqram, sürpriz hədiyyələr ilə gələn hər kəs üçün yaddaqalan olub.

Bu gün
12:060
"AzInTelecom" tərəfindən 68 minə yaxın IMEI kod bloklanıbDigər

"AzInTelecom" tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb

"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Dünən
10:260