
Azyaşlı qızının dəfni zamanı "TikTok"da canlı yayım edən ata: "Bir övladımı pay vermişəm" - VİDEO
Sosial şəbəkələrdə canlı yayım edərək övladının dəfn prosesini göstərən və səhifədə "kart var, tıklayın" sözləri ilə məşhurlaşan doqquz uşaq atası Kamil Cəbrayılov cəmiyyətdə böyük narazılıq yaradıb.
Sosial şəbəkələrdə canlı yayım edərək övladının dəfn prosesini göstərən və səhifədə "kart var, tıklayın" sözləri ilə məşhurlaşan doqquz uşaq atası Kamil Cəbrayılov cəmiyyətdə böyük narazılıq yaradıb.
Gundem.today xəbər verir ki, bu barədə APA TV-nin videomaterialında bildirilib.
Diqqətçəkən məqamlardan biri də bu videogörüntülərin onun ikinci həyat yoldaşı tərəfindən lentə alınmasıdır.
21 yaşlı xanımla ailə qurması iddiasına isə o, belə cavab verib:
"İkincini də ala bilərəm, üçüncünü də, dördüncünü də, ondan kimə nə?"
İddialara görə, ailədə ümumilikdə 12 uşaq olub. Onlardan üçü əvvəllər, daha biri isə sonuncu hadisədə zəhərlənmədən sonra həyatını itirib. Digər uşaqların necə öldüyünü soruşanda isə valideyn qeyri-dəqiq və ziddiyyətli cavablar verib.
"Onlar elə bil ki, səkkiz ay, altı ayında yarımçıq dünyaya gəlmişdilər. Altı ayında dünyaya gələn asmadan ölüb. Yeddi ayında da ananın bətnində uşaq tələf olub. Beş gündən sonra, altı gündən sonra sancıları başlayıb aparmışıq, görüblər ki, hə, ananın bətnində uşaq ölüb. Bir dənəsi də doğuşa yaxın ölmüşdü. O da asma, hava çatışmazlığından".
Daha öncəki müsahibələrdə bəzən səkkiz, bəzən də doqquz övladının olduğunu bildirən Kamil Cəbrayılov bir uşağını pay verdiyini deyir. "Kimə vermisiniz?" sualına belə cavab verib:
"Onu deyə bilmirəm. Kiməsə uşağı olmayana vermişik. Bizimlə qalmır. Burada bizdə rəsmi səkkiz uşaqdır".
Uşaqların anası olduğu bildirilən Afət Cəbrayılova ilə də əlaqə saxlanılıb. Afət Cəbrayılovanın açıqlamalarında ailədaxili münasibətlər, maddi çətinliklər və baş verənlərlə bağlı qeyri-müəyyən məqamlar diqqət çəkib. Onun danışığından hiss olunub ki, evdə həm sosial, həm də psixoloji baxımdan gərgin bir mühit mövcuddur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDəriyə qulluqda yol verilən səhvlər: Qırışlar niyə erkən yaranır?
Vaxtından əvvəl yaranan qırışlar əksər hallarda genetik faktorlardan daha çox, gündəlik həyat tərzi və dəriyə qulluq zamanı yol verilən yanlışlıqlarla bağlıdır.
Cəmiyyət150 min manatlıq mübahisə: "Restoranı tikmişik, pulumuzu ala bilmirik" - VİDEO
Xaçmaz sakini Qurban Alqayev Çingiz Məmmədov adlı şəxs tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.
CəmiyyətQərbi Azərbaycan Xronikası: 48 il əvvəl erməniləşdirilən kəndlərimiz - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Adı 48 il əvvəl erməniləşdirilən türk kəndi" adlı süjet hazırlanıb.
CəmiyyətYol hərəkətinin təşkilində nələr dəyişir? - VİDEO
Baku TV-nin "Necə olmalıdır?" podkastının budəfəki buraxılışında paytaxtın yol infrastrukturunda həyata keçirilən dəyişikliklər və onların nəqliyyatın təşkilinə təsiri ilə bağlı müzakirə aparılıb.