Son dəqiqə
56 ildən sonra bənzər kadr: Ayın uzaq tərəfindən çəkilən möhtəşəm görüntü"Bitcoin"in qiyməti Trampın bəyanatları fonunda 6%-dən çox artıbABŞ-İran danışıqlarının ilk raundunun baş tutacağı tarix məlum olduPakistanın baş naziri: "İran və ABŞ-nin razılaşdığı atəşkəs bütün bölgədə qüvvədə olmalıdır"Mütəxəssislər telefonları buzla soyutmağın fəsadları barədə xəbərdarlıq ediblərDəriyə qulluqda yol verilən səhvlər: Qırışlar niyə erkən yaranır?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Dəriyə qulluqda yol verilən səhvlər: Qırışlar niyə erkən yaranır?
Dəriyə qulluqda yol verilən səhvlər: Qırışlar niyə erkən yaranır?
Cəmiyyət

Dəriyə qulluqda yol verilən səhvlər: Qırışlar niyə erkən yaranır?

Bu gün
04:01
0 baxış
Paylaş:

Vaxtından əvvəl yaranan qırışlar əksər hallarda genetik faktorlardan daha çox, gündəlik həyat tərzi və dəriyə qulluq zamanı yol verilən yanlışlıqlarla bağlıdır.

Vaxtından əvvəl yaranan qırışlar əksər hallarda genetik faktorlardan daha çox, gündəlik həyat tərzi və dəriyə qulluq zamanı yol verilən yanlışlıqlarla bağlıdır.

Gundem.today xəbər verir ki, rusiyalı mütəxəssis, dermatoloq Yuliya Qalliamova "İzvestiya" nəşrinə müsahibəsində bu mövzuya toxunub.

Həkimin sözlərinə əsasən, ən böyük yanlışlardan biri günəşdən qoruyucu vasitələrdən (SPF) imtina etməkdir. Ultrabənövşəyi şüalar bütün il boyu dərinin elastikliyini təmin edən kollageni parçalayır. Həmçinin skrab və pilinqlərdən normadan artıq istifadə etmək dərinin müdafiə qatını zədələyərək onun qurumasına səbəb olur.

Y.Qalliamova dərinin təmizlənməsi prosesində mütəmadi olaraq səhvlərə yol verildiyini diqqətə çatdırıb:

"Bir çoxları kosmetikanın silinməsi ilə üzün yuyulması prosesini fərqləndirmir. Bu isə məsamələrdə çirkin qalmasına, nəticədə isə quruluq və qıcıqlanmaya yol açır".

Tərkibində yüksək miqdarda spirt olan vasitələr dərinin sağlamlığına ziyan vurur və qoruyucu təbəqəni məhv edir. Dermatoloq, eyni zamanda, həddindən artıq kosmetik vasitə istifadəsinin dəriyə ağır yük olduğunu da xatırladıb.

Dərinin kifayət qədər nəmləndirilməməsi qocalmanı tezləşdirən əsas faktorlardandır. Daimi baxım olmadıqda dəri elastikliyini itirir və qırışların yaranması üçün əlverişli zəmin yaranır. Retinol və turşular kimi aktiv maddələr isə yalnız müəyyən kurslarla tətbiq olunmalıdır, əks halda dərinin incəlməsi qaçılmazdır.

Həkim onu da bildirib ki, kosmetoloji müdaxilələrdən, xüsusilə davamlı iynəli prosedurlardan həddindən artıq istifadə etmək dərinin təbii bərpa qabiliyyətini zəiflədir.

"Sağlam dərinin sirri bəsitdir: mütəmadi təmizlik, düzgün nəmləndirmə və hər gün günəşdən qorunmaq. Sadə və davamlı qulluq qaydaları dərinin gəncliyini qorumağa imkan verir", - deyə dermatoloq fikrini yekunlaşdırıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#qırışlar#erkən_qocalma#dəriyə_qulluq#dermatoloq_məsləhəti#SPF_krem#kollagen#dərinin_nəmləndirilməsi#kosmetoloji_prosedurlar#üz_dərisi#sağlam_dəri.

Oxşar Xəbərlər

Azyaşlı qızının dəfni zamanı "TikTok"da canlı yayım edən ata: "Bir övladımı pay vermişəm" - VİDEOCəmiyyət

Azyaşlı qızının dəfni zamanı "TikTok"da canlı yayım edən ata: "Bir övladımı pay vermişəm" - VİDEO

Sosial şəbəkələrdə canlı yayım edərək övladının dəfn prosesini göstərən və səhifədə "kart var, tıklayın" sözləri ilə məşhurlaşan doqquz uşaq atası Kamil Cəbrayılov cəmiyyətdə böyük narazılıq yaradıb.

Bu gün
03:340
150 min manatlıq mübahisə: "Restoranı tikmişik, pulumuzu ala bilmirik" - VİDEOCəmiyyət

150 min manatlıq mübahisə: "Restoranı tikmişik, pulumuzu ala bilmirik" - VİDEO

Xaçmaz sakini Qurban Alqayev Çingiz Məmmədov adlı şəxs tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.

Bu gün
01:241
Qərbi Azərbaycan Xronikası: 48 il əvvəl erməniləşdirilən kəndlərimiz - VİDEOCəmiyyət

Qərbi Azərbaycan Xronikası: 48 il əvvəl erməniləşdirilən kəndlərimiz - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Adı 48 il əvvəl erməniləşdirilən türk kəndi" adlı süjet hazırlanıb.

Bu gün
00:481
Yol hərəkətinin təşkilində nələr dəyişir? - VİDEOCəmiyyət

Yol hərəkətinin təşkilində nələr dəyişir? - VİDEO

Baku TV-nin "Necə olmalıdır?" podkastının budəfəki buraxılışında paytaxtın yol infrastrukturunda həyata keçirilən dəyişikliklər və onların nəqliyyatın təşkilinə təsiri ilə bağlı müzakirə aparılıb.

Bu gün
23:361