
Bakıda bu il dörd metro stansiyasının tikintisinə başlanılacaq - FOTO
Bakı metropoliteni bu ilin sonuna qədər dörd yeni stansiyanın tikintisinə başlayacaq.
Bakı metropoliteni bu ilin sonuna qədər dörd yeni stansiyanın tikintisinə başlayacaq.
Gundem.today-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib.
O bildirib ki, Bakı şəhərində nəqliyyat infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində Bakı Metropoliteni tərəfindən "yaşıl xətt"in genişləndirilməsi üzrə mühüm addımlar atılır:
"Layihə çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən təxminən 700 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılıb.
Məlumata görə, ayrılmış vəsait hesabına "yaşıl xətt" üzrə dörd yeni metro stansiyasının tikintisi nəzərdə tutulur. Yeni stansiyalar mövcud xəttin davamı olaraq paytaxtın şimal və şimal-qərb istiqamətində, o cümlədən "Dərnəgül" stansiyasından sonrakı ərazilərdə və Xocəsən istiqamətində yerləşəcək. Bu isə paytaxtın sürətlə inkişaf edən yaşayış massivlərinin metro şəbəkəsinə inteqrasiyasına, həmçinin nəqliyyat sıxlığının azaldılmasına xidmət edəcək. Layihə üzrə tender proseslərinin cari ilin sonunadək həyata keçirilməsi planlaşdırılır və nəticələr ictimaiyyətə təqdim olunacaq. Layihə çərçivəsində bu ilin sonunda "yaşıl xətt" üzrə dörd yeni stansiyanın tikintisinə başlanması nəzərdə tutulur".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Həzi Aslanov" stansiyasında dalan yolunun tikintisi nə zaman yekunlaşacaq?
"Bakı metrosunun "Həzi Aslanov" stansiyasında dalan yolunun tikintisi 2026-ci ilin sentyabrına kimi başa çatacaq".
CəmiyyətQanunsuz saxlanılan vəhşi heyvanlar xilas ediliblər - FOTO
Bakıda fəaliyyət göstərən uşaq əyləncə mərkəzində qeyri-qanuni saxlanılan vəhşi heyvanlar IDEA və dövlət qurumlarının birgə yoxlaması nəticəsində xilas edilərək zooparka yerləşdirilib.
CəmiyyətAzərbaycan nümayəndə heyəti Afrika Şəhərsalma Forumunda iştirak edir
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nayrobi şəhərində keçirilən İkinci Afrika Şəhərsalma Forumunda (AUF2) iştirak edir.
Cəmiyyət"Dərnəgül" elektrik deposunun tikintisi ilə bağlı işlər dayandırılıb - FOTO
"Bakı metrosunun "Dərnəgül" elektrik deposunun tikintisi ilə bağlı işlər müvəqqəti dayandırılıb".