
Qanunsuz saxlanılan vəhşi heyvanlar xilas ediliblər - FOTO
Bakıda fəaliyyət göstərən uşaq əyləncə mərkəzində qeyri-qanuni saxlanılan vəhşi heyvanlar IDEA və dövlət qurumlarının birgə yoxlaması nəticəsində xilas edilərək zooparka yerləşdirilib.
IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Bakı şəhərində yerləşən uşaq bərbərxanası və əyləncə mərkəzi kimi fəaliyyət göstərən xidmət obyektində təcili araşdırma tədbirləri həyata keçirilib.
Gundem.today xəbər verir ki, IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciəti əsasında həyata keçirilmiş birgə yoxlama nəticəsində "Poniland" adı altında xidmət göstərən obyektin ərazisində qanunsuz olaraq surikat, yenot, tovuzquşu, tirəndaz, poni, tısbağa, dəniz donuzcuğu, dovşan, keçi və göyərçin heyvan növlərinin saxlanıldığı məlum olub.
Qeyd edək ki, vəhşi heyvanların, xüsusilə də təbii mühafizə olunan heyvan növlərinin müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan qapalı şəraitdə saxlanılmasına yol verilmir. Eyni zamanda, heyvanların bu tip ictimai təyinatlı obyektlərdə saxlanılması sanitariya-gigiyena normalarının pozulması olmaqla yanaşı, insan sağlamlığı üçün də xüsusi risk yaradır.
Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən bütün heyvanlar ərazidən götürülüb, klinik şəraitdə müayinədən keçdikdən sonra daha sağlam və təhlükəsiz həyat yaşamaq üçün Bakı Zooloji Parkına yerləşdirilib.
IDEA İctimai Birliyi vətəndaşları bir daha heyvanlara qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərməyə, vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verməməyə, bu kimi faktların şahidi olduqda IDEA İctimai Birliyinin "Təbiətə Təcili Yardım" proqramı çərçivəsində fəaliyyət göstərən "1113" qaynar xətti və ya rəsmi sosial media kanalları vasitəsilə məlumat verməyə çağırır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBazarda təkərlərin istehsal ili saxtalaşdırılaraq təzə kimi satılır - XƏBƏRDARLIQ - VİDEO
Elan saytlarında və sosial şəbəkələrdə istehsal ili saxtalaşdırılan avtomobil şinləri satılır.
CəmiyyətKürdəmirdə magistral su boru kəməri partlayıb, səkkiz mindən çox abonent susuz qalıb
Kürdəmirdə magistral su boru kəməri partlayıb, 8 400 abonent susuz qalıb.
Cəmiyyətİmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO
Baku TV-nin qaynar xəttinə şikayət edən 11-ci sinif şagirdi Elnar Əkbərli bildirir ki, imtahanın başlamasına az qalmış məktəbə daxil olub. O, üzərində olan telefonu qapıda təhvil vermək istəsə də, abituriyentə cihazı nəzarətçiyə təqdim etməli olduğu bildirilib.
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: İki rayonun bəzi ərazilərində işıq olmayacaq
Sabah Biləsuvar və Yardımlının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.