
Qazaxıstan nazirləri Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət etdilər - FOTO
Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev və nəqliyyat naziri Nurlan Sauranbayev aprelin 8-də Şəhidlər xiyabanını ziyarət ediblər.
Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev və nəqliyyat naziri Nurlan Sauranbayev aprelin 8-də Şəhidlər xiyabanını ziyarət ediblər.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə tər güllər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Eyni zamanda, Zəfər parkı da ziyarət olunub, abidə önünə əklil qoyulub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAzərbaycanın tətbiq etdiyi model dünya orduları tərəfindən öyrənilir - VİDEO
Müasir müharibələrin xarakteri köklü şəkildə dəyişib. Artıq döyüş meydanında üstünlük tank və canlı qüvvədən çox, texnologiyanın səviyyəsi ilə müəyyən olunur. Bu dəyişimin mərkəzində isə pilotsuz uçuş aparatları, yəni dronlar dayanır.
SiyasətYaxın Şərqdəki savaşdan çıxarılmalı olan dərslər - ABŞ, İran və İsrailin kritik gedişləri - VİDEO
Pakistan görüşü ərəfəsində ABŞ və İran arasında danışıqlar başlasa da, tərəflərin mövqelərindən hələ də müharibənin barıt qoxusu hiss olunur və atəşkəsin kövrək olduğu görünür.
Siyasətİranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu: "Fərdlər gedir, amma sistem qalır"
İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu APA-ya müsahibə verib.
SiyasətHikmət Hacıyev "Euronews"un Bakıda keçiriləcək WUF13 ilə bağlı materialına diqqət çəkdi - VİDEO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) tədbiri ilə bağlı paylaşım edib.