
"Dərnəgül" elektrik deposunun tikintisi ilə bağlı işlər dayandırılıb - FOTO
"Bakı metrosunun "Dərnəgül" elektrik deposunun tikintisi ilə bağlı işlər müvəqqəti dayandırılıb".
"Bakı metrosunun "Dərnəgül" elektrik deposunun tikintisi ilə bağlı işlər müvəqqəti dayandırılıb".
Gundem.today-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.
O bildirib ki depo ərazisindən keçən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilən avtomobil və piyada tunelinin tikintisi davam edir:
"Buna görə də hazırda deponun ikinci mərhələsinin tikintisini davam etdirmək üçün gözləmə mərhələsindəyik. Avtomobil yolu və piyada tikintisi başa çatandan sonra tikinti davam etdiriləcək. Sözügedən tunelinin inşası tamamlandıqdan sonra deponun ikinci mərhələsi üzrə tikinti quraşdırma işləri yekunlaşacaq və depo fəaliyyətə başlayacaq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətQanunsuz saxlanılan vəhşi heyvanlar xilas ediliblər - FOTO
Bakıda fəaliyyət göstərən uşaq əyləncə mərkəzində qeyri-qanuni saxlanılan vəhşi heyvanlar IDEA və dövlət qurumlarının birgə yoxlaması nəticəsində xilas edilərək zooparka yerləşdirilib.
CəmiyyətAzərbaycan nümayəndə heyəti Afrika Şəhərsalma Forumunda iştirak edir
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nayrobi şəhərində keçirilən İkinci Afrika Şəhərsalma Forumunda (AUF2) iştirak edir.
CəmiyyətBakıda bu il dörd metro stansiyasının tikintisinə başlanılacaq - FOTO
Bakı metropoliteni bu ilin sonuna qədər dörd yeni stansiyanın tikintisinə başlayacaq.
CəmiyyətBakı metrosunda yeni keçidin istifadəyə veriləcəyi tarix bilindi - FOTO
"AZCON Holding" şirkətlərindən olan Bakı Metropoliteni tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində icra edilən xətlərin ayrılması layihəsi üzrə daha bir istiqamətdə inşaat işləri davam etdirilir.