
Bakıda faciə: Oğlunu itirdikdən sonra xəstəliyə tutulan qadın binadan yıxılaraq öldü - VİDEO
Paytaxtın Nərimanov rayonunda bədbəxt hadisə baş verib.
Paytaxtın Nərimanov rayonunda bədbəxt hadisə baş verib.
Gundem.today Xəzər TV-yə istinadla xəbər verir ki, yaşlı qadın Ağa Nemətulla küçəsi, 22 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək meyitə baxış keçiriblər. Ölən şəxsin Qərənfil Sadıqova olduğu müəyyən edilib.
Qonşuların sözlərinə görə, qadının bir neçə il əvvəl oğlunu itirdikdən sonra səhhətində problemlər yaranıb. O, son vaxtlar Parkinson xəstəliyindən əziyyət çəkirmiş və ailəsi - həyat yoldaşı və qızı ilə birlikdə yaşayırmış.
Mərhumun meyiti dəfn edilməsi üçün doğulduğu Tovuz rayonuna göndərilib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəGəncədə dörd avtomobil toqquşdu: Yaralananlar var
Gəncə şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
HadisəGoranboyda avtomobil piyadanı vuraraq öldürüb
Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
HadisəBakı-Qazax yolunda qəza: Qadın sürücünün idarə etdiyi "Range Rover" aşdı - VİDEO - FOTO
Bakı-Qazax magistral yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
HadisəANAMA əməkdaşı qəzada öldü
ANAMA əməkdaşı Elnur Rüstəmov həlak olub.