
Pulsuz "Wi-Fi" təhlükəsi: Məlumatlarımızı necə qoruyaq? - VİDEO
Kafedə, parkda və digər ictimai məkanlarda ilk axtardığımız çox vaxt pulsuz "Wi-Fi" şəbəkələri olur. Maddi xərc çəkmədən internetdən istifadə etmək cəlbedici görünsə də, bu rahatlığın arxasında ciddi kibertəhlükələr dayanır. Sadə bir bağlantı şəxsi məlumatlarımızın kibercinayətkarların əlinə keçməsinə şərait yarada bilər.
Kafedə, parkda və digər ictimai məkanlarda ilk axtardığımız çox vaxt pulsuz "Wi-Fi" şəbəkələri olur. Maddi xərc çəkmədən internetdən istifadə etmək cəlbedici görünsə də, bu rahatlığın arxasında ciddi kibertəhlükələr dayanır. Sadə bir bağlantı şəxsi məlumatlarımızın kibercinayətkarların əlinə keçməsinə şərait yarada bilər.
Gundem.today ATV-yə istinadla xəbər verir ki, İKT üzrə mütəxəssis Bəhruz Əliyevin sözlərinə görə, ictimai "Wi-Fi" şəbəkələrində ən çox rastlanan üsullardan biri "SSID spoofing", yəni şəbəkə adının saxtalaşdırılmasıdır:
"Kiberfırıldaqçılar ictimai yerlərdə rəsmi "Wi-Fi" adına çox bənzər saxta şəbəkələr yaradırlar. İstifadəçi bunu fərqləndirə bilmir və qoşulduğu anda məlumatları oğurlanır. Həmçinin "Captive portal" adlanan sistemlər vasitəsilə istifadəçi saxta səhifələrə yönləndirilə bilər. Əgər cihazınızda fayl paylaşımı açıqdırsa, fırıldaqçılar birbaşa notbuk və ya telefonunuzdakı sənədlərə daxil ola bilərlər".
Mütəxəssis qeyd edir ki, müasir sistemlərin çoxu sertifikatla şifrələnsə də, kibercinayətkarlar hələ də boşluqlar tapmaqda davam edirlər.
Bəhruz Əliyev pulsuz internetdən istifadə edənlərə bir neçə vacib qaydaya əməl etməyi tövsiyə edir:
- İctimai "Wi-Fi"a qoşularkən şəxsi e-poçt və şifrələri daxil etməyin;
- Bank tətbiqlərindən və dövlət portallarından istifadə etməkdən çəkinin;
- Cihazınızda "fayl paylaşımı" funksiyasının qapalı olduğundan əmin olun;
- Qoşulduğunuz şəbəkənin rəsmi məkana aid olub-olmadığını dəqiqləşdirin.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İKTQuzunu qurda tapşırmaq - İnfluenser bazarındakı səhvlər
Bizneslər üçün influenser marketinqinin reallıqları nələrdir? İzləyici sayı niyə hər zaman satış gətirmir? Engagement rate, konversiya və doğru mikro-influenser seçiminin sirləri haqqında ətraflı məqalə.
İKTİstanbulda Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti keçirilir - FOTO
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti - "Stratcom Summit 26" keçirilir.
İKTİcraçı direktor: "Azərbaycan-Türkiyə Birgə Media Platforması daha geniş şəkildə inkişaf etdiriləcək"
"Azərbaycan-Türkiyə Birgə Media Platforması iki ölkə mediasının əlaqəli və səmərəli fəaliyyət göstərməsini nəzərdə tutan platforma çərçivəsində müvafiq işlər görür".
İKTƏhməd İsmayılov: "Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir"
Əhməd İsmayılov İstanbulda keçirilən Strateji Kommunikasiya Sammitində Azərbaycanın rəqəmsal inkişaf, elektron hökumət, süni intellekt və innovasiya siyasəti barədə məlumat verib. Dövlətin rəqəmsal transformasiya hədəfləri açıqlanıb.