
Bakıda kişi maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEO
Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Gundem.today-ın məlumatına görə, naməlum şəxs gecə saatlarında zərərçəkənin "Chevrolet" markalı avtomobilindən mobil telefonunu talayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı İ.Eynullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkənin sükan arxasında yatmasından və maşının qapılarının açıq olmasından sui-istifadə edərək oğurluq əməlini həyata keçirib. Hadisə anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı araşdırmalar aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəXaçmazda selin viran qoyduğu evlərin aqibəti necə oldu? - VİDEO
Son günlər şimal bölgəsində yağan aramsız yağışlar Xaçmaz rayonunda sel və daşqınlara səbəb olub. Nəticədə 1 022 evdə subasma hadisəsi qeydə alınıb.
HadisəSərxoş olub maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEO
Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
HadisəGoranboyda "Ford Fusion" mikroavtobusla TOQQUŞDU: YEDDİ YARALI VAR
Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
HadisəAzərbaycana qeyri-adi üsulla narkotik keçirmək istədilər - FOTO - VİDEO
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - həşiş aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.