
Belçikalı həkimdən səhər yeməyi ilə bağlı vacib tövsiyə
Belçikalı həkim Erik Verdin insanı gün ərzində daha uzun müddət tox saxlayan və zərərli qəlyanaltılardan uzaqlaşdıran səhər yeməyinin əsas "qızıl qayda"sını açıqlayıb.
Belçikalı həkim Erik Verdin insanı gün ərzində daha uzun müddət tox saxlayan və zərərli qəlyanaltılardan uzaqlaşdıran səhər yeməyinin əsas "qızıl qayda"sını açıqlayıb.
Gundem.today xəbər verir ki, bu barədə "HuffPost" məlumat yayıb.
Mütəxəssis xəbərdarlıq edir ki, səhər saatlarında portağal şirəsi ilə dənli bitkilərin qəbul edilməsi ən faydasız seçimlərdən biridir. Tərkibində şəkərin yüksək olması səbəbindən bu cür kombinasiya orqanizmə mənfi təsir göstərir. Həkimin sözlərinə görə, səhər yeməyində əsas şərt günün ilk yarısında meyvəli qatıq və ya tort kimi şirin məhsullardan imtina etməkdir.
E.Verdin şirniyyatların əvəzinə səhər rasionuna yumurta, qızılbalıq, tam taxıllı çörək və avokado daxil etməyi tövsiyə edir. Belə menyu orqanizmi faydalı yağlar, tam zülal və liflə təmin edir. Mütəxəssis vurğulayır ki, xüsusilə liflər bağırsaqlarda olan faydalı bakteriyaları qidalandıraraq sağlam həzm prosesinin qorunmasında mühüm rol oynayır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıAsqırmağı dayandırmaq göz və qulaq damarlarını partlada bilər
Uşaq anestezioloqu David Kallexo asqırmağı saxlamağın ilk baxışdan göründüyündən daha ciddi fəsadlar yarada biləcəyi barədə xəbərdarlıq edib.
MaraqlıDərman qəbulunda ən böyük səhvlərdən biri açıqlandı
Dərman vasitələrini çay, qəhvə və ya qazlı içkilərlə qəbul etmək məsləhət görülmür. Çünki bu içkilər preparatların tərkibinə və təsirinə mənfi reaksiya verə bilər.
Maraqlı2050-ci ildə hər ikinci insan uzağı görməyəcək: Rusiyalı həkimdən xəbərdarlıq
2050-ci ilə qədər Yer əhalisinin təxminən yarısının miopiyadan (uzağı görməmə) əziyyət çəkəcəyi gözlənilir. Bu nəticə ABŞ-nin "National Academy of Sciences" təşkilatının hesabatında yer alıb.
Maraqlıİnsult riskini artıran gündəlik vərdiş açıqlandı
Televizoru açıq qoyaraq yanında yatmaq ürək-damar sistemi üçün zərərlidir və insult riskini artıra bilər.