
2050-ci ildə hər ikinci insan uzağı görməyəcək: Rusiyalı həkimdən xəbərdarlıq
2050-ci ilə qədər Yer əhalisinin təxminən yarısının miopiyadan (uzağı görməmə) əziyyət çəkəcəyi gözlənilir. Bu nəticə ABŞ-nin "National Academy of Sciences" təşkilatının hesabatında yer alıb.
2050-ci ilə qədər Yer əhalisinin təxminən yarısının miopiyadan (uzağı görməmə) əziyyət çəkəcəyi gözlənilir. Bu nəticə ABŞ-nin "National Academy of Sciences" təşkilatının hesabatında yer alıb.
Gundem.today xəbər verir ki, bu barədə gazeta.ru-ya açıqlamasında "Attribute" klinikasının oftalmoloqu Yekaterina Bayandina danışıb.
Həkimin sözlərinə görə, geniş yayılmış fikrin əksinə olaraq, görmə qabiliyyətinin pisləşməsi smartfon və digər cihazlardan yayılan mavi işıqla deyil, ekranın gözlərə olan məsafəsi ilə bağlıdır.
O qeyd edib ki, mavi işığın əsas sübut olunmuş təsiri görməyə deyil, insanın bioloji saatına yönəlib:
"Laborator tədqiqatlarda tor qişanın hüceyrələri yüksək dozada mavi işığa məruz qaldıqda zədələnə bilər. Lakin real həyatda smartfonlardan yayılan mavi işıq təbii gün işığından təxminən min dəfə zəifdir. Buna görə də ekranlar görməyə zərər verəcək qədər güclü deyil. Amma qısa dalğalı mavi işıq melatoninin - yuxu və oyaqlıq dövrlərini tənzimləyən hormonun ifrazını azaldır. Axşam saatlarında cihazlardan istifadə beyni aldadaraq gündüz effekti yaradır, bu da yuxuya getmə müddətini uzadır və yuxunun keyfiyyətini pisləşdirir".
Bununla belə, həkim qeyd edir ki, qacetlərin görməyə zərər verdiyi fikri tam əsassız deyil:
"Smartfon və kompüterlər görməyə birbaşa təsir edir, lakin bu, mavi işıqla deyil, ekranın gözlərə yaxın olması ilə bağlıdır. Telefonu üzə çox yaxın tutmaq gözün fokuslanmasına cavabdeh olan akkomodasiya sisteminə əlavə yük yaradır. Gözlərimiz təbii olaraq uzağa baxmaq üçün formalaşıb. Uzun müddət yaxın məsafəyə fokuslanmaq siliyar əzələnin həddindən artıq işləməsinə səbəb olur. Əvvəlcə bu, akkomodasiya spazmı (yalançı miopiya) yaradır. Bu hal uzun müddət davam edərsə, göz alması uzanır və artıq həqiqi miopiya formalaşır".
Y.Bayandina görməni qorumaq üçün monitoru qol uzunluğu məsafəsində yerləşdirməyi, hər 20 dəqiqədən bir 20 saniyə uzağa baxmağı və qaranlıqda parlaq ekran qarşısında işləməməyi tövsiyə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Maraqlıİnsult riskini artıran gündəlik vərdiş açıqlandı
Televizoru açıq qoyaraq yanında yatmaq ürək-damar sistemi üçün zərərlidir və insult riskini artıra bilər.
MaraqlıAfrika parçalanır: Yeni okean yaranır
Şərqi Afrika rift zonasında qitə tədricən iki hissəyə ayrılır və bu proses milyonlarla ildən sonra Efiopiya və Keniya ərazilərinin ada tipli formaya çevrilməsinə səbəb ola bilər.
MaraqlıBəzi gündəlik vərdişlər beyində "dumanlanmaya" səbəb olur - Həkimdən xəbərdarlıq
"Bəzi gündəlik vərdişlər beyində "dumanlanmaya" səbəb ola bilər".
MaraqlıSəssiz inkişaf edən xəstəlik: Dişləriniz sizə siqnal verir
Ağız boşluğunda yaranan cüzi narahatlıqlar belə bəzən daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər.