
KİV: İranın İsfahan və Tehran şəhərlərində partlayışlar baş verib -VİDEO
İranın mərkəzində yerləşən İsfahan şəhərində bir neçə partlayış baş verib.
İranın mərkəzində yerləşən İsfahan şəhərində bir neçə partlayış baş verib.
Gundem.today xəbər verir ki, bu iddianı " Al Hadath" televiziya kanalı irəli sürüb. Detallar hələlik açıqlanmayıb.
Sosial media istifadəçiləri iddia edirlər ki, İsfahan ətrafındakı Saffeh dağındakı raket mərkəzlərinə və Bədr hərbi hava limanına hücum edilib. Onlar ərazidə kiminsə sağ qalmasının ehtimalının az olduğunu deyirlər.
"The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ ordusu İsfahanda böyük bir sursat anbarına zərbə endirib. Bildirilib ki, zərbə gecə saatlarında baş verib.
Bundan başqa İran paytaxtının qərbində də bir neçə güclü partlayış baş verib. Bu barədə "Cəmaran" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail və ABŞ-nin hava hücumlarından sonra Tehranın şərqindəki bir neçə məhəllə də elektriksiz qalıb.
Qeyd edilib ki, elektrik enerjisinin kəsilməsi əsasən paytaxtın Piruzi və digər şərq məhəllələrini əhatə edib. Müvafiq qurumlar və kommunal müəssisələr enerjinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlərə start veriblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp İrana qarşı əməliyyatın tezliklə bitəcəyini 12-ci dəfə bəyan etdi - Ziddiyyət, yoxsa manevr?
Martın 30-da ABŞ prezidenti Donald Tramp İrana qarşı "Epik qəzəb" əməliyyatının tezliklə başa çata biləcəyini deyib. Bu, onun martın əvvəlindən bəri 12-ci dəfə oxşar açıqlamasıdır.
DünyaHamburqun mərkəzində qadını canavar dişlədi - FOTO
Almaniyanın Hamburq şəhərində canavar bir qadına hücum edərək onu ağır yaralayıb.
DünyaNetanyahu: "İran Donald Trampa iki dəfə sui-qəsd etməyə çalışıb"
İddia edilir ki, İran ABŞ Prezidenti Donald Trampa iki dəfə sui-qəsd etməyə çalışıb.
DünyaBursa bələdiyyəsinin sədri saxlanıldı
Türkiyənin Bursa bələdiyyəsinin sədri Mustafa Bozbey saxlanılıb.