Son dəqiqə
İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRARNBA tarixində İLK: Təkrarolunmaz məhsuldar ötürməBir qrup tələbənin TƏHSİL HAQQI dövlət büdcəsindən ödəniləcəkBakıda kişi oğurluğa girdiyi evdə ələ keçdiBakıda fitnes klublarda YOXLAMALAR - Qanunsuz satışlar ÜZƏ ÇIXDI - FOTOSabah hava necə olacaq? - 11.04.2026
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bəzi şəxslərin maaşlarında artımlar olacaq
Bəzi şəxslərin maaşlarında artımlar olacaq
Cəmiyyət

Bəzi şəxslərin maaşlarında artımlar olacaq

Bu gün
13:09
0 baxış
Paylaş:

İşəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir.

İşəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir.

Gundem.today xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihədə işəgötürənin əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri təkmilləşdirilir.

Layihəyə əsasən, cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni və ya bərabərdəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir.

Sənədə əsasən, işəgötürən cinsindən asılı olmayaraq, eyni və ya bərabərdəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabərdəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.

Qeyd olunur ki, Beynəlxalq Əmək Təşkilatının 100 nömrəli Konvensiyasına və Avropa Sosial Xartiyasına uyğun olaraq, kişi və qadınlara bərabərdəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır. Lakin mövcud qanunvericilkdə bu prinsip yalnız "eyni və ya oxşar işlər" çərçivəsində tətbiq olunur və daha geniş anlayışı əhatə etmir.

Bu xüsusda ölkədə əməkhaqqı sahəsində gender bərabərliyinin təmin olunması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zərurətini şərtləndirən əsas amillərdən biri də, məhz qeyd olunan beynəlxalq öhdəliklərdən irəli gəlir.

Bildirilir ki, bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.

Həmçinin "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanuna təklif edilən dəyişikliyə görə, işəgötürən tərəfindən cinsindən asılı olmayaraq, eyni və ya bərabərdəyərli müxtəlif işi yerinə yetirən işçilərə əməkhaqqı bərabər ödənilməlidir. İşin bərabərdəyərli olması Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.

Yekunla layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Əmək_Məcəlləsi#gender_bərabərliyi#bərabər_əməkhaqqı#işəgötürənin_vəzifələri#qadın_və_kişi_hüquqları#əmək_bazarı#cinsi_ayrı-seçkilik#Milli_Məclis#sosial_ədalət#beynəlxalq_konvensiyalar.

Oxşar Xəbərlər

Bir qrup tələbənin TƏHSİL HAQQI dövlət büdcəsindən ödəniləcəkCəmiyyət

Bir qrup tələbənin TƏHSİL HAQQI dövlət büdcəsindən ödəniləcək

Minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin övladlarının təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək.

Bu gün
13:260
Bakıda kişi oğurluğa girdiyi evdə ələ keçdiCəmiyyət

Bakıda kişi oğurluğa girdiyi evdə ələ keçdi

Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində yerləşən evlərin birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb.

Bu gün
13:280
Bakıda fitnes klublarda YOXLAMALAR - Qanunsuz satışlar ÜZƏ ÇIXDI - FOTOCəmiyyət

Bakıda fitnes klublarda YOXLAMALAR - Qanunsuz satışlar ÜZƏ ÇIXDI - FOTO

Qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən 6 müəssisədə idman qida məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib.

Bu gün
13:120
Sabah hava necə olacaq? - 11.04.2026Cəmiyyət

Sabah hava necə olacaq? - 11.04.2026

Azərbaycanda aprelin 11-nə gözlənilən hava şəraiti açıqlanıb.

Bu gün
13:140