
Bakıda fitnes klublarda YOXLAMALAR - Qanunsuz satışlar ÜZƏ ÇIXDI - FOTO
Qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən 6 müəssisədə idman qida məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib.
Qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən 6 müəssisədə idman qida məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Eyni zamanda Suraxanı rayonu, İ.Musayev küçəsi, massiv Q3 ünvanında yerləşən, fiziki şəxs Vüsal Elxan oğlu Mehdiyevə məxsus "EG Fitness" idman zalında "İnstant Oats (ironmax)", "Amino Professional", "Ultra Strong (ironmax)", "Omega 3 Professional", "Creatine Powder (ironmax)", Nərimanov rayonu, Azadlıq pr., ev 145 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Fuad Yavər oğlu Aslanlıya məxsus "Tempo Fitness" idman zalında isə "Pure Whey Isolate 95", "CLA Green Tea plus L-Carnitine", "L-Carnitine Extreme Shot", "Extreme Speed Shot", "Arginin Ornitin", "Krom Aktiv", "Pump Express 2.0 Concentrate" əmtəə nişanlı məhsulların Azərbaycan dilində etiket məlumatları və idxal sağlamlıq aktları olmadan qanunsuz şəkildə satışa çıxarıldığı müəyyən edilib.
Nöqsanlarla bağlı sahibkarlar barəsində inzibati protokol tərtib edilib. Məhsullardan nümunələr götürülərək təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub. Məhsulların toxunulmazlığı təmin edilərək satışdan kənarlaşdırılıb.
Agentlik qida təhlükəsizliyi qeydiyyatından keçməyən və müvafiq icazə sənədləri ilə müşayiət edilməyən bioloji aktiv qida məhsullarını, o cümlədən idman qidalarını almaqdan çəkinməyi tövsiyə edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətTovuzda valideynlərinin imtina etdiyi azyaşlılar uşaq evinə yerləşdirildilər
Tovuz rayonunda valideynlərinin imtina etdiyi 3 azyaşlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına təhvil verilib.
CəmiyyətSumqayıtda məşhur geyim mağazasının fəaliyyəti dayandırıldı - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən "Tinderyol Baku" geyim mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
CəmiyyətÖlkəmizdə İnşaatçılar Günüdür
Bu gün inşaat sahəsində çalışanların peşə bayramıdır.
CəmiyyətXəzər Dəniz Neft Donanmasında YENİ TƏYİNAT
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına rəis əvəzi təyin olunub.