Son dəqiqə
Azərbaycanda bir ASC-nin 11 milyon manatlıq mülkləri satışa çıxarılır - SİYAHIYanardağ yaxınlığında dağ massivi yarılır - İDDİABakıda kiberdələduzluq və narkotik cinayətlərində ittiham olunan dəstə hakim qarşısındaABŞ-ni narahat edəcək GÖRÜŞ - Çin lideri Tayvanın müxalifət lideri ilə bir arada"TuranBank" İsveçrənin "ResponsAbility Investments AG" fondu ilə əməkdaşlığa başlayıbZelenski Ukrayna ərazisində ABŞ və Avropa hərbi bazaları yerləşdirmək istəyir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR
İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR
Siyasət

İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

Bu gün
13:20
0 baxış
Paylaş:

İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər təsdiq olunub.

İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər təsdiq olunub.

Gundem.today xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, hüquqi və fiziki şəxslər onlara məxsus ərazidən keçən şəbəkənin toxunulmazlığını, istismarı və təmir-bərpa işlərinin aparılması ilə bağlı şəraitin yaradılmasını təmin etməlidirlər.

Belə ki, şəbəkənin mühafizə zonaları dəmir yollarının, avtomobil yollarının, elektrik şəbəkələrinin və başqa obyektlərin mühafizə zonaları ilə üst-üstə düşərsə, bu obyektlərin istismarı ilə əlaqədar aparılan işlər maraqlı tərəflər arasında razılaşdırılacaq.

Qeyd olunur ki, paylayıcı təqdim olunmuş ərizəyə ərizənin qeydiyyata alındığı tarixdən üç iş günü müddətində şəbəkələrin mühafizə zonalarında təsərrüfat işlərinin aparılmasına razılıq verir və ya verilməsindən imtina edilməsi haqqında inzibati akt tərtib edir.

Ərizəçi şəbəkələrin mühafizə zonalarında təsərrüfat işlərinin aparılması ilə bağlı qəbul edilən inzibati aktla razılaşmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Hüquqi və ya fiziki şəxslər torpaq işləri apararkən işlərin görülməsi sənədlərində göstərilməyən şəbəkə aşkar etdikdə dərhal işləri dayandırmalı, paylayıcıya və ya müvafiq yerli icra hakimiyyəti orqanına məlumat verməlidirlər.

Tikinti obyektlərinin tikintisi (o cümlədən yenidən qurulması), habelə digər ehtiyaclarla bağlı mühafizə zonasından istifadə və ya istilik şəbəkələrinin yenidən qurulması və ya köçürülməsi zərurəti olduqda hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında şəbəkənin yerinin dəyişdirilməsi və ya köçürülməsi paylayıcı tərəfindən verilən texniki şərtlərə uyğun olaraq müraciət edən şəxslərin vəsaiti hesabına icra edilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#istilik_təchizatı_şəbəkəsi#mühafizə_zonaları#Nazirlər_Kabineti_qərarı#Əli_Əsədov#təsərrüfat_işləri#torpaq_işləri#şəbəkələrin_köçürülməsi#infrastruktur_qaydaları#istilik_xətləri

Oxşar Xəbərlər

Azərbaycanın 18-ci dayanıqlı milli inkişaf məqsədinin hədəfləri hansılardır?Siyasət

Azərbaycanın 18-ci dayanıqlı milli inkişaf məqsədinin hədəfləri hansılardır?

"Azərbaycan hazırda 17 dayanıqlı inkişaf məqsədinin icrasına paralel olaraq 18-ci mərhələni həyata keçirir. İnkişaf məqsədi cənab prezidentin təşəbbüsü əsasında ərsəyə gəlib".

Bu gün
12:470
Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər - FOTOSiyasət

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər - FOTO

"Sülh Körpüsü" təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri arasında dialoqun və birbaşa əlaqələrin təşviqini davam edir. Aprelin 10-12-də Azərbaycanda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçiriləcək.

Bu gün
12:090
Hesablama Palatası Milli Məclisdə hesabatla çıxış edəcəkSiyasət

Hesablama Palatası Milli Məclisdə hesabatla çıxış edəcək

Hesablama Palatası Milli Məclis qarşısında hesabat verəcək.

Bu gün
11:261
Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaqlar - Sənəd təsdiqləndiSiyasət

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaqlar - Sənəd təsdiqləndi

Azərbaycan və Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı şəkildə tanınacaq.

Bu gün
11:170