Biləsuvarda motosiklet aşıb: Xəsarət alanlar var
Cəmiyyət

Biləsuvarda motosiklet aşıb: Xəsarət alanlar var

İndi
19:00
2 baxış
Paylaş:

Biləsuvar rayonunda motosikletin idarəetmədən çıxaraq aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Biləsuvar rayonunda motosikletin idarəetmədən çıxaraq aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Gundem.today xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Aranlı kənd sakini Elnur Bayramovun idarə etdiyi motosiklet qəfil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü özü və motosikletdə olan sərnişin - 1979-cu il təvəllüdlü Samir Matıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Motosiklet_qəzası#Biləsuvar_rayonu

Oxşar Xəbərlər