
BŞİH müavini ərazilərə baxış keçirib, tapşırıqlar verilib - VİDEO
Martın 27-si səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH), paytaxtın rayon icra hakimiyyətləri və digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.
Martın 27-si səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH), paytaxtın rayon icra hakimiyyətləri və digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.
Bu barədə Gundem.today-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd olunub ki, bəzi ərazilərdə artıq ikinci gündür davam edən aramsız yağışlar nəticəsində kollektorlar vasitəsilə suların kənarlaşdırılmasında çətinliklər yaranıb. Bununla əlaqədar BŞİH başçısının müavini Ayaz Hüseynov hadisə baş verən ərazilərə baxış keçirib, yağışın yaratdığı fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Həmçinin sözügedən məsələ ilə bağlı yaradılmış monitorinq qrupları problemli əraziləri müəyyən edərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edirlər.
Hazırda şəhərin müxtəlif hissələrində yaranmış fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda "Xruşovka"lar yeni investisiya aləti kimi istifadə edilir? - VİDEO
Bakının Yasamal, Binəqədi, Sabunçu və Suraxanı rayonlarında 1500 "Xruşovka"nın sökülməsi planlaşdırılır. Söküləcək binaların kvadrat metri 2000 manata çatır.
CəmiyyətNovruzdan sonra əl yandıran qiymətlər: Çərəzlər ucuzlaşmadı - VİDEO
Novruz bayramında süfrələrimizi dadlı şirniyyatlarla yanaşı, çərəzlər də bəzəyir.
CəmiyyətBiləsuvarda motosiklet aşıb: Xəsarət alanlar var
Biləsuvar rayonunda motosikletin idarəetmədən çıxaraq aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
CəmiyyətFAO Azərbaycana balıqçılıq təsərrüfatının inkişafı üzrə beşillik plan hazırlamağı təklif edib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycana ekosistem yanaşması prinsiplərinə əsaslanan akvakultura sektorunun inkişafı üzrə beşillik milli plan hazırlamağı tövsiyə edir.