
Binəqədidə obyektdə partlayış baş verib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 May küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 May küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub.
Gundem.today xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 20 kvadratmetr olan bərbərxanada yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış nəticəsində obyektə ziyan dəyib, bir nəfər xəsarət alıb.
FHN qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəAğdamda gənc qız üzündən bıçaqlandı: Şübhəli bilinən dayısı oğlu saxlanıldı
Ağdamın Quzanlı qəsəbəsində gənc qız bıçaqlanıb.
HadisəBakıda yağışlı günlərdə baş verən qəzaların ANBAAN GÖRÜNTÜSÜ
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) bayram günlərində paytaxt yollarında baş verən qəzaların və sıxlığın yaranma səbəbləri barədə məlumat yayıb. Hadisələrə əsasən sürət həddinin və ara məsafəsinin düzgün seçilməməsi səbəb olub.
HadisəBayram günlərində baş verən qəzaların sayı açıqlanıb
Ramazan və Novruz bayramları ilə əlaqədar elan olunan 11 günlük qeyri-iş günlərində respublika yollarında ölüm və xəsarətlə nəticələnən 29 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
HadisəMingəçevirdə 60 yaşlı kişi evində ölü tapıldı
Mingəçevir şəhərində evdən meyit tapılıb.