Son dəqiqə
Banklarda stress-testlər aparılacaqABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb"Fənərbağça" "Milan"ın ulduzunu transfer etməyə hazırlaşır - FOTOABŞ-də hantavirus təşvişi: İnfeksiya aşkarlanan gəmini tərk edənlər haradadırlar?Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib - FOTOXaçmazdakı yaşayış məhəlləsində yaranan ANTİSANİTAR vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. SOCAR-da Heydər Əliyevin 103 illiyinə həsr edilmiş tədbir keçirilib - FOTO
SOCAR-da Heydər Əliyevin 103 illiyinə həsr edilmiş tədbir keçirilib - FOTO
Siyasət

SOCAR-da Heydər Əliyevin 103 illiyinə həsr edilmiş tədbir keçirilib - FOTO

Bu gün
16:47
0 baxış
Paylaş:

8 may 2026-cı il tarixində müasir müstəqil Azərbaycanın qurucusu, ölkəmizin yeni enerji strategiyasının müəllifi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib.

8 may 2026-cı il tarixində müasir müstəqil Azərbaycanın qurucusu, ölkəmizin yeni enerji strategiyasının müəllifi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib.

Gundem.today xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, əvvəlcə SOCAR-ın Baş ofisində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

SOCAR-ın prezidenti Rövşən Nəcəf tədbirdə çıxış edərək xalqımızın taleyində dönüş yaradan, dövlətçilik tariximizdə silinməz iz qoyan böyük və dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın mürəkkəb tarixi sınaqlardan uğurla çıxarılması, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və müasir Azərbaycanın formalaşdırılması istiqamətindəki misilsiz xidmətlərindən bəhs edib.

Ulu öndərin müəyyənləşdirdiyi inkişaf kursunda milli enerji strategiyasının xüsusi yer tutduğunu söyləyən SOCAR prezidenti "Əsrin müqaviləsi" ilə əsası qoyulan enerji strategiyasının Azərbaycanın hərtərəfli inkişafına zəmin yaratdığını, ölkəmizin beynəlxalq enerji xəritəsində mövqeyini daha da gücləndirdiyini qeyd edib.

Rövşən Nəcəf ulu öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasının bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirildiyini bildirib:

"Dövlətimizin başçısının qətiyyətli rəhbərliyi ilə tarixinin ən şanlı zəfərlərinə imza atan Azərbaycan bu gün regionda sabitlik, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar yaradır. Ölkəmiz bu gün yalnız regionda deyil, daha geniş coğrafiyada strateji layihələri və təşəbbüsləri uğurla reallaşdıran qabaqcıl dövlətlər sırasında yer tutur".

Görkəmli neftçi, qazmaçı İsrafil Hüseynovun qızı Gülnarə Hüseynova tədbirdə çıxış edərək ulu öndərin neftçilərə, onların ailələrinə göstərdiyi diqqət və qayğıdan, atasının ümummilli lider ilə bağlı xatirələrindən danışıb.

"SOCAR Upstream Operations Management" şirkətində İstismar əməliyyatları üzrə qrup rəhbəri Elmir Qocayev çıxışında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlardan bəhs edib.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, neft sənayemizin inkişafındakı xidmətlərini əks etdirən fotoşəkillərdən ibarət videoçarx müxtəlif müsabiqələrin qalibi İsmayıl Zülfüqarovun tarda müşayiəti ilə nümayiş etdirilib.

Tədbir ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı ilə davam etdirilib. Əvvəlcə "Ritm" rəqs qrupunun ifasında milli rəqs nümunəsi təqdim olunub. Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov ulu öndərin sevdiyi, Vətənə məhəbbəti tərənnüm edən müxtəlif musiqi nömrələrini ifa edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#SOCAR#Heydər_Əliyev#103-cü_ildönümü#Rövşən_Nəcəf#enerji_strategiyası#anım_mərasimi#Azərbaycan_nefti#Dövlət_Neft_Şirkəti#xatirə_tədbiri

Oxşar Xəbərlər

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib - FOTOSiyasət

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib - FOTO

Azərbaycan xalqının ümummilli lideri, müasir və qalib respublikamızın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.

Bu gün
17:390
BMT-dən Fransaya XƏBƏRDARLIQSiyasət

BMT-dən Fransaya XƏBƏRDARLIQ

BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi Fransanın müstəmləkəsi altında olan Kanaki (Yeni Kaledoniya) ilə bağlı bəyanat qəbul edib.

Bu gün
17:160
İqtisadi Şuranın iclası keçirilib: Fuad Nağıyevin təqdimatı dinlənilib - FOTOSiyasət

İqtisadi Şuranın iclası keçirilib: Fuad Nağıyevin təqdimatı dinlənilib - FOTO

8 may tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində Azərbaycanda turizm sahəsində mövcud vəziyyət, problemlər, inkişaf perspektivləri, turizm bazarının genişləndirilməsi, turizmin inkişafı istiqamətində əsas prioritet tədbirlər və carı iqtisadi məsələlər ətraflı müzakirə olunub.

Bu gün
17:100
Terror fəaliyyəti ilə bağlı YENİ CƏZALAR MÜƏYYƏNLƏŞDİSiyasət

Terror fəaliyyəti ilə bağlı YENİ CƏZALAR MÜƏYYƏNLƏŞDİ

Terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu gün
16:270