
BMT Təhlükəsizlik Şurası təcili toplanır: BƏƏ-yə hücumlar müzakirə olunacaq
BMT Təhlükəsizlik Şurası mayın 6-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) edilən hücumlarla bağlı qapalı məsləhətləşmələr keçirəcək.
BMT Təhlükəsizlik Şurası mayın 6-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) edilən hücumlarla bağlı qapalı məsləhətləşmələr keçirəcək.
Gundem.today xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, iclasda BƏƏ ərazisinə edilən son hücumlar müzakirə olunacaq. Digər təfərrüat hələlik açıqlanmayıb.
Xatırladaq ki, mayın 4-də BƏƏ Müdafiə Nazirliyi İran ərazisindən buraxıldığı bildirilən 12 ballistik və 3 qanadlı raketin, həmçinin 4 pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini bəyan etmişdi. Əl-Fuceyra əmirliyindəki neft obyektinə dron hücumu nəticəsində Hindistan vətəndaşı olan üç nəfər orta dərəcəli xəsarət alıb.
Eyni zamanda, İranın dövlət teleradiosu yüksəkrütbəli hərbi mənbəyə istinadən Tehranın BƏƏ-yə qarşı hər hansı hücum planının olmadığını bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də direktorun İŞGƏNCƏ CİNAYƏTİ: Şagirdləri bir-birilərini döyməyə məcbur edib
ABŞ-də məktəb direktoru azyaşlılar üçün qeyri-qanuni döyüş klubu yaratdığına görə azadlıqdan məhrum edilib.
DünyaFars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıb
ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bəri Fars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıb.
Dünyaİrana qarşı yeni hərbi əməliyyatların təxmini vaxtı açıqlandı
ABŞ Prezidenti Donald Tramp bu həftə ərzində İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ilə bağlı göstəriş verə bilər.
DünyaMəhv edilən İran katerləri silahsız imiş? - ABŞ-dən açıqlama
ABŞ hərbçilərinin məhv etdiyi İran katerlərinin üzərində hər hansı ağır silah olmayıb.