
"Bosch" 17 ildən sonra ilk dəfə ili zərərlə başa vurdu
Dünyanın ən böyük avtomobil komponentləri təchizatçılarından biri olan "Bosch" şirkəti son 17 ildə ilk dəfə maliyyə ilini zərərlə tamamlayıb.
Dünyanın ən böyük avtomobil komponentləri təchizatçılarından biri olan "Bosch" şirkəti son 17 ildə ilk dəfə maliyyə ilini zərərlə tamamlayıb.
Gundem.today xəbər verir ki, bu barədə "Bild" nəşri Almaniyanın texnologiya konserninin maliyyə hesabatına istinadən məlumat yayıb.
2025-ci ilin yekunlarına görə, şirkətin xalis zərəri 400 milyon avro təşkil edib. Halbuki 2024-cü ildə "Bosch"un vergiləri ödədikdən sonrakı mənfəəti 1.3 milyard avro olmuşdu. Daha əvvəl şirkət yalnız 2009-cu il qlobal böhran dövründə zərərə uğradığını açıqlamışdı.
Zərərin əsas səbəbi kimi işçi ixtisarları ilə bağlı xərclər göstərilir. Belə ki, "Bosch" bu məqsədlə 2.7 milyard avro vəsait sərf edib. Bundan əlavə, ABŞ tərəfindən tətbiq olunan rüsumlar, valyuta məzənnələrindəki dalğalanmalar və məhsulun yüksək maya dəyəri də şirkətin maliyyə nəticələrinə mənfi təsir göstərib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTrampdan SENSASİON AÇIQLAMA: "İran zənginləşdirilmiş uranı ABŞ-yə təhvil verməyə razılaşıb"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran 2025-ci ilin iyununda zərbələrə məruz qalmış obyektlərdəki zənginləşdirilmiş uranı Vaşinqtona təhvil verməyə razılaşıb.
DünyaCo Baydenin oğlunun borc qalmaqalı böyüyür: O, pulları kimə ödəməlidir?
ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden Kaliforniya ştatında 20 milyon dollardan çox olan borcunu ödəməkdən boyun qaçırır.
DünyaAntalya Diplomatiya Forumu öz işinə başlayır
Türkiyənin Antalya şəhərində aprelin 17-19 tarixlərində Beşinci Antalya Diplomatiya Forumu (ADF 2026) keçiriləcək.
DünyaDonald Trampdan İran münaqişəsi ilə bağlı bədbin proqnoz
ABŞ Prezidenti Donald Tramp İrana qarşı münaqişənin həll olunmamış qala biləcəyini istisna etməyib.