
Braziliyada uğursuz saç kəsiminə görə qadın bərbəri bıçaqladı - FOTO
Braziliyada bir qadın uğursuz saç kəsiminə görə bərbərin kürəyinə bıçaqla zərbə endirib.
Braziliyada bir qadın uğursuz saç kəsiminə görə bərbərin kürəyinə bıçaqla zərbə endirib.
Gundem.today "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, hadisə San-Paulu şəhərində baş verib.
Bildirilib ki, qadının qəzəbinə bir neçə həftə əvvəl ona edilən uğursuz saç düzümü səbəb olub. Təhlükəsizlik kameraları hücumçunun stilistə yaxınlaşaraq çantasından bıçaq çıxardığını və kişinin kürək nahiyəsinə zərbə endirdiyini qeydə alıb. Hadisədən dərhal sonra iki mühafizəçi qadını saxlamağa çalışıb, şok vəziyyətində olan usta isə çıxışa doğru qaçıb.
Gözəllik salonu işçilərinin sözlərinə görə, prosedurdan dərhal sonra müştəri məmnun görünürmüş, lakin sonradan şikayət etməyə və ödənişin qaytarılmasını tələb etməyə başlayıb. O, həmçinin stilisti yandırmaqla hədələyərək təhdidlər ünvanlayıbmış.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Yaşayan Nostradamus"dan şokedici öngörmə
Özünü "yaşayan Nostradamus" adlandıran braziliyalı parapsixoloq Atos Salome ABŞ və İsrailin İrana qarşı mümkün müharibəsi ilə bağlı yeni proqnozlarını açıqlayıb.
DünyaTrampdan İrana sərt mesaj: "Daha ağır zərbələr endirəcəyik"
Amerika Birləşmiş Ştatları tərəfindən İslam Respublikasının ərazisindəki hədəflərə endirilən zərbələrə baxmayaraq, Vaşinqton və Tehran arasındakı atəşkəs rejimi qüvvədə qalır.
DünyaNiderlandda siyasi qərargahda PARTLAYIŞ - VİDEO
Niderlandın "Demokratlar-66" partiyasının mərkəzi qərargahının poçt qutusuna naməlum şəxs tərəfindən partlayıcı qurğu yerləşdirilib. Qeyd edək ki, sözügedən siyasi təşkilatın rəhbəri ölkənin Baş naziri Rob Yettendir.
DünyaSEPAH-dan ABŞ esmineslərinə qarşı genişmiqyaslı əməliyyat: "Böyük itkilər verərək uzaqlaşdılar"
İslam İnqilabı Keşikçiləri Korpusu İran qüvvələri tərəfindən hücuma məruz qalan ABŞ esmineslərinin ciddi zədələndiyini və Hörmüz boğazı ərazisini təcili şəkildə tərk etdiyini iddia edib.