Son dəqiqə
Azərbaycan Prezidenti: "Bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər"Nazir Arzu Qarazadəyə vəzifə verdi - FOTOTƏBİB: "Yeni direktorların təyin olunması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir"İlham Əliyev: "Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin inkişafına töhfə verir"Prezident: "Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir"Şirkət internet çəkdi, işçilərin maaşını vermədi: "Adıma 3200 manat vergi borcu yaranıb, ödəmirlər"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Britaniya Hörmüz boğazında minaları təmizləməyə hazırlaşırlar
Britaniya Hörmüz boğazında minaları təmizləməyə hazırlaşırlar
Dünya

Britaniya Hörmüz boğazında minaları təmizləməyə hazırlaşırlar

Bu gün
11:08
0 baxış
Paylaş:

Müvafiq qərar qəbul olunarsa, Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını minalardan təmizləmək üçün əməliyyatlara başlamağa hazırdır.

Müvafiq qərar qəbul olunarsa, Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını minalardan təmizləmək üçün əməliyyatlara başlamağa hazırdır.

Gundem.today xəbər verir ki, bu barədə məlumatı "Politico" nəşri krallığın Müdafiə Nazirliyindəki mənbələrə əsaslanaraq yayıb.

Böyük Britaniya Krallığının Müdafiə Nazirliyindən bildirilib ki, minaların axtarışı və zərərsizləşdirilməsi üzrə ixtisaslaşmış Kral Dəniz Qüvvələrinin ekspertləri Hörmüz boğazı ərazisində lazımi tədbirləri həyata keçirməyə hazırlıq görürlər.

Birləşmiş Krallıq eyni zamanda boğazda hərəkət təhlükəsizliyini qorumaq məqsədilə irəli sürülən beynəlxalq missiya çərçivəsində avtonom minaaxtaran qurğular ayıracağını da təsdiq edib.

"Politico" nəşrinin təhlilinə əsasən, rəsmi London bu addımı ilə ABŞ Prezidenti Donald Trampa Fars körfəzindəki strateji su yolunun mühafizəsinə mühüm dəstək vermək niyyətində olduğunu nümayiş etdirməyə çalışır.

Xatırladaq ki, ötən ay Böyük Britaniya Fars körfəzinə hərbi donanma gəmisi və ya minalara qarşı avtonom sistemlərlə təchiz edilmiş ticarət gəmisi yollamaq variantını nəzərdən keçirdiyini açıqlamışdı.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Birləşmiş_Krallıq#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Hörmüz_boğazı

Oxşar Xəbərlər

Günəşdə güclü partlayışlar qeydə alındıDünya

Günəşdə güclü partlayışlar qeydə alındı

Aprelin 23-də səhər Günəşdə M sinifli iki partlayış qeydə alınıb.

Bu gün
12:400
Yaponiyada 200 mindən çox toyuq məhv edilir - SƏBƏBDünya

Yaponiyada 200 mindən çox toyuq məhv edilir - SƏBƏB

Yaponiyanın Şimali Aomori prefekturasının hakimiyyəti regionda quş qripi epidemiyasının aşkarlanmasından sonra 230 min toyuğun məhv edilməsinə başlayıb.

Bu gün
12:360
ABŞ 38 ildən sonra ilk dəfə İrana qarşı göyərtə topundan istifadə etdiDünya

ABŞ 38 ildən sonra ilk dəfə İrana qarşı göyərtə topundan istifadə etdi

ABŞ-nin "Spruance" esminesindən İran sahillərindəki yük gəmisinə göyərtə toplarından atəş açılması ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 38 ildən sonra ilk belə hadisə olub.

Bu gün
12:280
Danimarkada qatarlar TOQQUŞUB: Yaralılar var - FOTODünya

Danimarkada qatarlar TOQQUŞUB: Yaralılar var - FOTO

Danimarkada iki qatar toqquşub.

Bu gün
12:120