
"Bugatti"nin ən nadir modellərindən biri satışa çıxarılacaq
"RM Sotheby's" hərrac evi aprelin sonunda "Bugatti" markasının ən nadir modellərindən birini satışa çıxaracaq.
"RM Sotheby's" hərrac evi aprelin sonunda "Bugatti" markasının ən nadir modellərindən birini satışa çıxaracaq.
Gundem.today hərrac evinin rəsmi saytına istinadən xəbər verir ki, söhbət 1990-cı illərin ikinci yarısında cəmi üç ədəd istehsal olunmuş "Bugatti EB112" modelinin sonuncusundan gedir.
Dördqapılı fastbek üslublu bu avtomobil ümumi yollarda istifadə üçün qeydiyyatdan keçsə də, təxminən 30 il ərzində cəmi 388 kilometr yol qət edib. Kolleksiya nümunəsinin 1.5-2 milyon avro arasında qiymətə satılacağı gözlənilir.
Satışa çıxarılan avtomobil 2015-ci ilə qədər Gildo Pastorun mülkiyyətində olub, hazırda isə ikinci sahibi tərəfindən satışa təqdim edilib. Hərrac təşkilatçıları bildirirlər ki, bu satış müasir tarixdə faktiki olaraq yeganə "Bugatti" sedanına sahib olmaq üçün unikal imkandır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsrail Tehrana kütləvi zərbələrə başladı - VİDEO
İsrail ordusu İranın paytaxtı istiqamətində kütləvi hava zərbələrinə başladığını elan edib.
DünyaYaxın Şərqdə universitetlər təhlükə fonunda onlayn təhsilə keçir
Yaxın Şərqdə bir sıra universitetlər İran tərəfindən səsləndirilən təhdidlər fonunda onlayn təhsilə keçiblər.
DünyaÇində lüks avtomobil markası müflis oldu
Çində lüks avtomobil markası "BeyonCa" müflis olduğunu elan edib.
DünyaBiz kimik? - Alimlər insanın genetik mənşəyinə dair yeni iddia ortaya qoydular
Müasir insanların genomunun təxminən beşdə bir hissəsinin bir milyon ildən çox əvvəl insanın təkamül xəttindən ayrılmış naməlum qədim hominindən gəlmiş ola biləcəyi müəyyən edilib. Bu nəticəyə Yuta Universitetinin alimləri gəliblər.