
Biz kimik? - Alimlər insanın genetik mənşəyinə dair yeni iddia ortaya qoydular
Müasir insanların genomunun təxminən beşdə bir hissəsinin bir milyon ildən çox əvvəl insanın təkamül xəttindən ayrılmış naməlum qədim hominindən gəlmiş ola biləcəyi müəyyən edilib. Bu nəticəyə Yuta Universitetinin alimləri gəliblər.
Müasir insanların genomunun təxminən beşdə bir hissəsinin bir milyon ildən çox əvvəl insanın təkamül xəttindən ayrılmış naməlum qədim hominindən gəlmiş ola biləcəyi müəyyən edilib. Bu nəticəyə Yuta Universitetinin alimləri gəliblər.
Gundem.today xəbər verir ki, tədqiqat "bioRxiv" platformasında preprint kimi dərc olunub.
Alimlər müasir insanların, həmçinin neandertalların və denisovalıların genetik variantlarının paylanmasını təhlil ediblər. Bu isə müxtəlif qədim insan qrupları arasında baş vermiş çarpazlaşma epizodlarını izləməyə imkan verib.
Araşdırma göstərib ki, "Homo sapiens" genomunun təxminən 19.6%-i "superarxaik" adlandırılan populyasiyadan gələ bilər. Bu homininlər müasir insanların təkamül xəttindən təxminən 1.3 milyon il əvvəl ayrılıblar. Müəlliflərin sözlərinə görə, bu göstərici neandertalların genetik töhfəsini xeyli üstələyir - müasir insanlar onlardan cəmi təxminən 2% DNT miras alıblar.
Təhlil həmçinin göstərib ki, bu qədim qarışma proseslərində ən azı iki fərqli superarxaik populyasiya iştirak edib. Onlardan biri, ehtimal ki, Afrikada müasir insanların əcdadları ilə, digəri isə Avrasiyada neandertalların və denisovalıların əcdadları ilə qarışıb.
Tədqiqatçılar bildirirlər ki, bu qədim qohumun mümkün namizədlərindən biri "Homo erectus" ola bilər. Bu növ təxminən iki milyon il əvvəl Afrikanı tərk edərək Avrasiya ərazisinə yayılıb.
Alimlərin fikrincə, bu hipotez təsdiqlənərsə, insanın genetik tarixi əvvəl düşünüləndən daha mürəkkəb olacaq. Bu halda müasir insanlar birbaşa təkamül xəttinin deyil, müxtəlif qədim populyasiyaların genlərinin qarışığından formalaşmış "mozaika" kimi qiymətləndirilə bilər.
Bununla belə, müəlliflər vurğulayırlar ki, hələlik bu genlərin hansı konkret hominin növündən gəldiyini dəqiq müəyyənləşdirmək mümkün deyil. Qəti nəticələr üçün əlavə genetik və paleoantropoloji tədqiqatlara ehtiyac var.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Bugatti"nin ən nadir modellərindən biri satışa çıxarılacaq
"RM Sotheby's" hərrac evi aprelin sonunda "Bugatti" markasının ən nadir modellərindən birini satışa çıxaracaq.
DünyaÇində lüks avtomobil markası müflis oldu
Çində lüks avtomobil markası "BeyonCa" müflis olduğunu elan edib.
DünyaKubada enerji böhranı: 100 mindən çox xəstə əməliyyat gözləyir
Kubada yaşanan enerji böhranı ölkədə həyatın bütün sahələrinə mənfi təsir göstərib.
DünyaElektrikli avtomobillər üçün inqilab: Bir dolumla min kilometr qət etmək mümkün olacaq
Çindən olan tədqiqatçılar geniş temperatur diapazonunda litium batareyalarının səmərəliliyini artırmaq üçün nəzərdə tutulmuş yeni hər hava şəraitinə uyğun elektrolit təqdim ediblər.