
Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA
Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.
Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.
Gundem.today xəbər verir ki, martın 30-dan aprelin 5-dək paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
Martın 31-də saat 19:00-da Xalq yazıçısı Elçinin "Baş" fəlsəfi romanı əsasında hazırlanan "Baş" tamaşası oynanılacaq.
Tarixi metafizik dram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti 10-25 manatdır.
Aprelin 3-də saat 19:00-da Vilyam Şekspirin "Ledi Maqbet" tamaşası olacaq.
Quruluşçu rejissor Əməkdar artist Nicat Kazımovdur.
Biletlərin qiyməti 10-25 manatdır.
Aprelin 4-də, saat 19:00-da Cəfər Cabbarlının "Aydın" tamaşası olacaq.
Quruluşçu rejissor Xalq artisti Firudin Məhərrəmovdur.
Biletlərin qiyməti 10-25 manatdır.
Aprelin 5-də saat 19:00-da N.V.Qoqolun "Müfəttiş" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur.
Biletlərin qiyməti 10-25 manatdır.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında (GTT):
Aprelin 3-də saat 19:00-da İlqarə Tosovanın "Polkovnikə məktub" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Ayşad Məmmədovdur.
Biletlərin qiyməti 10 manatdır.
Aprelin 4-də saat 12:00 və 14:00-da Azərbaycan xalq nağılı "Qırmızıpapağın nağılı" səhnədə olacaq.
Nağıl-tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Biletlərin qiyməti 8-12 manatdır.
Aprelin 4-də saat 19:00-da Cəfər Cabbarlının "Aydın" tamaşası nümayiş ediləcək.
Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti 10-15 manatdır.
Aprelin 5-də saat 12:00-da S.S.Axundov və A.Şaiqin "Qaraca qız" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti 8-12 manatdır.
Aprelin 5-də saat 19:00-da Yefim Abramov və Leyla Bəyimin "Yarımçıq qalmış" tamaşası təqdim olunacaq.
Quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədovdur.
Biletlərin qiyməti 10-15 manatdır.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:
Aprelin 3-də saat 12:00-da özbək yazıçısı İbrahim Sadiqovun "Molla Nəsrəddinin beş arvadı" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əsgər Əsgərovdur.
Biletlərin qiyməti 8-15 manatdır.
Aprelin 4-də saat 19:00-da yazıçı-dramaturq Sabit Rəhmanın "Əliqulu evlənir" pyesi əsasında Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda hazırlanan "Əliqulu bu gün evlənir" komediyası nümayiş olunacaq.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.
Biletlərin qiyməti 8-15 manatdır.
Aprelin 5-də saat 17:00-da gənc yazıçı-dramaturq Pərviz Seyidlinin "Killer" pyesi əsasında "Killerdən teleqram" monotamaşası olacaq.
Tamaşanın quruluşçu rejissoru Zaur Əliyevdir.
Biletlərin qiyməti 15 manatdır.
Aprelin 5-də saat 19:00-da "Bəxtiyar" musiqili komediyası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Cavid İmamverdiyevdir.
Biletlərin qiyməti 8-15 manatdır.
Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):
Aprelin 4-də saat 19:00-da Anton Pavloviç Çexovun məşhur "Albalı bağı" əsəri əsasında hazırlanan "Birinci Akt" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğludur.
Biletlərin qiyməti 5-15 manatdır.
Heydər Əliyev Sarayında:
Aprelin 3-də saat 19:00-da "Milana Star. Mən-Milana" şousu.
Biletlərin qiyməti 25-160 manatdır.
Beynəlxalq Muğam Mərkəzi:
Martın 30-da saat 19:00-da "Muğamat axşamı" adlı konsert.
Biletlərin qiyməti 10-15 manatdır.
Aprelin 3-də saat 19:00-da Rauf Məmmədzadənin solo konserti
Biletlərin qiyməti 10-15 manatdır.
Aprelin 5-də saat 19:00-da "Arzuların melodiyası" adlı konsert.
Biletlərin qiyməti 10-15 manatdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Mədəniyyət"O halda görünmək istəmirdi" - Məlahət Abbasova Rasim Balayevlə son söhbətindən danışdı - VİDEO
Azərbaycan kinosunun əfsanəsi, Xalq artisti Rasim Balayevin vəfatı sənət camiəsini dərindən sarsıdıb. Tanınmış aktrisa Məlahət Abbasova sənət dostunun itkisi ilə bağlı xatirələrini bölüşərək, onun son günləri və aralarındakı səmimi münasibət barədə danışıb.
MədəniyyətRasim Balayev vəfat etdi
Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.
Mədəniyyətİspaniyada rəssam Qoyanın əsərləri dövlət mülkiyyəti kimi tanındı
İspaniya məhkəməsi məşhur rəssam Fransisko Qoyanın çəkdiyi iki kral portretinin dövlətə məxsus olduğunu qərara alıb.
MədəniyyətPutin Dərbənddəki Azərbaycan Musiqili Dram Teatrının açılışında çıxış etdi
Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Musiqili Dram Teatrı əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu mədəniyyət ocağının açılış mərasiminə videokonfrans formatında qatılıb.