
CAR və İsveçrədə hantavirus infeksiyası: İnsanlar arasında yayılan növ laboratoriyada təsdiqləndi
"MV Hondius" kruiz gəmisindəki bir sərnişinin insandan insana ötürülə bilən hantavirus növünə yoluxduğu laboratoriyada təsdiqlənib.
"MV Hondius" kruiz gəmisindəki bir sərnişinin insandan insana ötürülə bilən hantavirus növünə yoluxduğu laboratoriyada təsdiqlənib.
Gundem.today "Le Figaro" nəşrinə istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının (CAR) səhiyyə naziri məlumat verib.
Əvvəlcə xəstəliyin And hantavirusundan gedə biləcəyi ehtimal olunurdu, lakin indi bu laboratoriya yolu ilə təsdiqlənib. Bu mühüm dəqiqləşdirmədir, çünki hantavirusların əksəriyyəti adama gəmiricilərdən keçir və insanlar arasında yayılmır. Cənubi Amerikada geniş yayılmış And virusu nadir istisna olaraq qalır. Əvvəllər insandan insana keçmə halları çox nadir hallarda qeydə alınırdı.
İsveçrədə isə bir nəfərdə hantavirus yoluxması aşkar edilib.
Rəsmi açıqlamaya görə, virusa yoluxan şəxs Sürixdə xəstəxanalarından birində müalicə alır.
Sözügedən şəxs əvvəllər bir neçə hantavirus yoluxma halının qeydə alındığı gəmidə olduqdan sonra bu yaxınlarda ölkəyə qayıdıb.
Qeyd olunur ki, hantaviruslar ağciyər və böyrək sindromu ilə müşayiət olunan hemorragik qızdırma da daxil olmaqla ağır xəstəliklərə səbəb olur. Xəstəlik sürətlə inkişaf edir və kəskin tənəffüs çatışmazlığına gətirib çıxara bilər. Mütəxəssislərin qiymətləndirmələrinə görə, ağciyər sindromunda ölüm nisbəti 30-50%-ə çatır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaCNN-in qurucusu Ted Törner vəfat etdi
CNN telekanalının qurucusu Ted Törner 87 yaşında vəfat edib.
Dünyaİtaliyada xaos: Tovuzquşular şəhəri "ələ keçirdi" - VİDEO
Adriatik dənizi sahilində yerləşən İtaliyanın kiçik Punta-Marina şəhəri tovuzquşuların "hücum"undan əziyyət çəkir.
Dünyaİndoneziyada dəhşətli qəza: Azı 16 nəfər öldü - FOTO - VİDEO
İndoneziyada sərnişin avtobusunun avtosisternlə toqquşması nəticəsində azı 16 nəfər həlak olub.
DünyaTramp: "Tehran razılaşmaya əməl etsə, Hörmüz boğazı hamı üçün açılacaq"
"Vaşinqton və Tehran ortaq məxrəcə gələrsə, Birləşmiş Ştatlar "Epik qəzəb" hərbi əməliyyatını dayandıracaq və Hörmüz boğazının istifadəsini İran da daxil olmaqla bütün tərəflər üçün bərpa edəcək".