
Cənubi Koreyada yaşayış binasında yanğın: Ölən və yaralananlar var
Cənubi Koreyanın Seul şəhəri yaxınlığındakı Uyvanq yaşayış məntəqəsində yerləşən çoxmərtəbəli binada yanğın qeydə alınıb. Hadisə nəticəsində iki nəfər həyatını itirib, daha altı şəxs isə xəsarət alıb.
Cənubi Koreyanın Seul şəhəri yaxınlığındakı Uyvanq yaşayış məntəqəsində yerləşən çoxmərtəbəli binada yanğın qeydə alınıb. Hadisə nəticəsində iki nəfər həyatını itirib, daha altı şəxs isə xəsarət alıb.
Gundem.today xəbər verir ki, bu məlumatı yerli rəsmi qurumlara istinadla "Yonhap" agentliyi yayımlayıb.
Alov 20 mərtəbədən ibarət yaşayış kompleksinin 14-cü mərtəbəsindəki mənzildə başlayıb. Yanğınsöndürmə briqadaları təqribən iki saatlıq mübarizədən sonra yanğının qarşısını tam şəkildə ala biliblər.
Məlumata görə, təxminən 60 yaşlarında olan kişi yanğın zamanı mənzilin pəncərəsindən düşərək həlak olub. Onun 50 yaşlarındakı həyat yoldaşı isə evdə huşunu itirmiş vəziyyətdə aşkar edilib.
Hadisə zamanı digər altı nəfər tüstüdən yüngüldərəcəli zəhərlənmə əlamətləri ilə xəsarət alıb.
Hazırda hüquq-mühafizə orqanları və yanğınsöndürmə mütəxəssisləri alovlanmanın, eləcə də iki nəfərin ölümünün dəqiq səbəblərini araşdırırlar.
Bildirilir ki, hadisə yerindən kişiyə məxsus olduğu ehtimal edilən məktub da tapılıb. Yazıda mərhumun şəxsi və maddi problemlərdən əziyyət çəkdiyi öz əksini tapıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKaya Kallas ABŞ-nin sürprizindən danışdı
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin beş min hərbçini Almaniyadan çıxarmaq qərarının Aİ üçün sürpriz olduğunu bəyan edib.
DünyaABŞ-nin Hörmüz boğazında saxladığı İran gəmisi Pakistana təhvil verildi
Hörmüz boğazı sularında Amerika Birləşmiş Ştatlarının blokadasını aşmağa cəhd edən zaman saxlanılan İran gəmisi, eləcə də onun heyəti Pakistana təhvil verilib.
DünyaGünəşdə güclü partlayış baş verib - Maqnit qasırğası ola bilər
Mayın 4-də səhər saatlarında Günəşdə daha əvvəlki güc kateqoriyasına daxil olan partlayış baş verib.
Dünyaİranda üç "Mossad" agenti edam edilib
İranda milli təhlükəsizlik əleyhinə cinayətlər törətməkdə və İsrailin "Mossad" kəşfiyyat xidmətinin agenti olmaqda ittiham edilən üç nəfər barəsində çıxarılmış edam hökmü icra olunub.