
CNN-dən sensasion iddia: İsrail və ABŞ yeni əməliyyata hazırlaşır
İsrail ABŞ ilə birlikdə İrana qarşı yeni zərbələr endirmək imkanını nəzərdən keçirir.
İsrail ABŞ ilə birlikdə İrana qarşı yeni zərbələr endirmək imkanını nəzərdən keçirir.
Gundem.today xəbər verir ki, bu barədə CNN telekanalı İsrail mənbəsinə istinadən məlumat yayıb. Eyni zamanda, bir neçə İsrail rəsmisi də "Channel 12" telekanalına bildirib ki, Təl-Əviv mövcud atəşkəsin mümkün pozulmasına hazırlaşır.
CNN-in mənbəsi qeyd edir ki, İsrail tərəfi Vaşinqtonla fəal koordinasiya aparır, çünki Hörmüz boğazındakı vəziyyətin İranla əldə olunan atəşkəs rejimini təhlükə altına aldığını düşünür. İsrailin təhlükəsizlik xidmətlərindəki mənbə isə "Channel 12"yə açıqlamasında bildirib ki, əgər Tehran Hörmüz boğazından keçid üçün mübarizə aparmaq qərarına gəlsə, bu, hərbi əməliyyatların yenidən başlaması demək olacaq.
Telekanal aydınlaşdırır ki, bu koordinasiya yeni zərbələr seriyasına hazırlığı ehtiva edir. Mənbənin sözlərinə görə, əsas hədəflər enerji infrastrukturu obyektləri olacaq. Həmçinin yüksəkrütbəli İran rəsmilərinin zərərsizləşdirilməsi məqsədilə hücumların həyata keçiriləcəyi bildirilir. Planların böyük bir qismi hələ aprel ayının əvvəlində atəşkəs əldə olunmazdan əvvəl hazırlanmışdı.
"Məqsəd gələcək danışıqlarda güzəştlər əldə etmək üçün İrana təzyiq göstərməyə yönəlmiş qısamüddətli kampaniya həyata keçirməkdir", - deyə mənbə əlavə edib. Bununla belə, hərbi əməliyyatların bərpası ilə bağlı hər hansı yekun qərarın ABŞ Prezidenti Donald Trampdan asılı olacağı vurğulanıb.
CNN-ə danışan İsrail rəsmisi izah edib ki, Təl-Əviv lap əvvəldən ABŞ və İran arasındakı danışıqların perspektivlərinə şübhə ilə yanaşıb. Vəziyyətlə tanış olan digər bir mənbənin məlumatına görə, ötən həftə İsrailin Baş naziri Benyamin Netanyahu məhdud sayda şəxslə təhlükəsizlik məsələlərinə dair məsləhətləşmələr aparıb. O, həmçinin hökumət nazirlərinə İranla bağlı vəziyyəti ictimaiyyətə şərh etməməyi tapşırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də direktorun İŞGƏNCƏ CİNAYƏTİ: Şagirdləri bir-birilərini döyməyə məcbur edib
ABŞ-də məktəb direktoru azyaşlılar üçün qeyri-qanuni döyüş klubu yaratdığına görə azadlıqdan məhrum edilib.
DünyaFars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıb
ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bəri Fars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıb.
Dünyaİrana qarşı yeni hərbi əməliyyatların təxmini vaxtı açıqlandı
ABŞ Prezidenti Donald Tramp bu həftə ərzində İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ilə bağlı göstəriş verə bilər.
DünyaMəhv edilən İran katerləri silahsız imiş? - ABŞ-dən açıqlama
ABŞ hərbçilərinin məhv etdiyi İran katerlərinin üzərində hər hansı ağır silah olmayıb.